Prayk
İstehsalatın planlaşdırılması üzrə mütəxəssis — Sənaye, istehsal
800 ₼

İstehsalatın planlaşdırılması üzrə mütəxəssis

ТексерілдіБүгін
Күні
Қаралым
7
Нөмір
№5923214

Сипаттама

İş şəraiti Fəaliyyət sahəsi: İstehsalat və ticarət İş yeri: Bakı şəhəri Əməkhaqqı: 800 – 1 000 AZN Vəzifə öhdəlikləri Şirkətin istehsalat fəaliyyətinin planlaşdırılması və istehsal proseslərinin koordinasiyasında iştirak etmək; Sifarişlər, satış proqnozları və mövcud istehsal gücü əsasında gündəlik, həftəlik, aylıq və illik istehsal planlarının hazırlanması; Məhsul çeşidləri və istehsal həcmləri üzrə istehsal qrafiklərinin tərtib edilməsi; İstehsalat üçün tələb olunan xammal, material və digər resurslara olan tələbatın müəyyənləşdirilməsi; Xammal və material ehtiyatlarına nəzarət etmək, istehsal prosesinin fasiləsizliyini təmin etmək məqsədilə ehtiyacların əvvəlcədən müəyyənləşdirilməsi; İstehsal gücünün, avadanlıqların yüklənmə səviyyəsinin və işçi resurslarının planlaşdırılması prosesində iştirak etmək; Faktiki istehsal göstəricilərini plan göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları müəyyənləşdirmək və onların səbəblərini təhlil etmək; İstehsalat prosesində yaranan gecikmələrin, resurs çatışmazlığının və digər problemlərin təhlilində iştirak etmək, müvafiq həll təklifləri vermək; İstehsal həcmləri, xammal sərfiyyatı, məhsuldarlıq və istehsal səmərəliliyi üzrə müntəzəm hesabatların hazırlanması; İstehsal prosesində material sərfiyyatının və məhsul itkilərinin təhlil edilməsi; İstehsalat, anbar, satınalma və satış şöbələri arasında koordinasiyanın təmin edilməsində iştirak etmək; İstehsalat planlarının icrasına nəzarət etmək və rəhbərlik üçün analitik arayışların hazırlanması; İstehsalat planlaşdırılması proseslərinin təkmilləşdirilməsi və resurslardan səmərəli istifadə ilə bağlı təkliflərin verilməsi; Rəhbərlik tərəfindən verilən digər analitik və planlama tapşırıqlarının yerinə yetirilməsi. Namizədə tələblər İqtisadiyyat, mühəndislik, sənaye mühəndisliyi, istehsalatın idarə edilməsi, logistika və ya əlaqəli sahələr üzrə ali təhsil; İstehsalatın planlaşdırılması, əməliyyatların idarə edilməsi, analitika və ya əlaqəli sahələrdə 1–3 il iş təcrübəsi; Yaxşı səviyyədə Microsoft Excel bilikləri; Riyazi və analitik düşünmə qabiliyyəti; Böyük həcmli məlumatlarla işləmək, məlumatları sistemləşdirmək və təhlil etmək bacarığı; İstehsal həcmləri, xammal tələbatı, material sərfiyyatı və istehsal gücü göstəricilərini təhlil etmək bacarığı; İstehsal proseslərinin ardıcıllığını və resurs ehtiyaclarını düzgün qiymətləndirmək qabiliyyəti; Planlaşdırma, proqnozlaşdırma və hesabatlılıq bacarıqları; Məntiqi nəticələr çıxarmaq və problemlərə analitik yanaşmaq qabiliyyəti; Dəqiqlik, məsuliyyətlilik və sistemli iş yanaşması; Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı. Üstünlük veriləcək namizədlər Universitetə qəbul və akademik təhsil müddətində yüksək nəticələr əldə etmiş namizədlər; İstehsalat və sənaye müəssisələrində planlama və ya əməliyyatların idarə edilməsi üzrə təcrübəsi olanlar; Excel proqramında mürəkkəb formulalar, Pivot Table, Power Query və analitik hesabatlarla işləmək bacarığı olanlar; Power BI və digər məlumatların vizuallaşdırılması proqramları üzrə bilikləri olanlar; İstehsal planlaşdırılması, xammal tələbatının hesablanması və resursların idarə edilməsi sahəsində təcrübəsi olanlar; ERP və MRP sistemləri ilə işləmək təcrübəsi olanlar; İstehsalat proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üzrə bilikləri olanlar; Yeni proqramları və iş proseslərini sürətlə mənimsəyənlər. Biz nə təklif edirik? Stabil və inkişaf perspektivi olan iş mühiti; Peşəkar inkişaf və daha böyük məsuliyyətlər götürmək imkanı; Bilik, bacarıq və iş nəticələrinə uyğun əməkhaqqı; Rəhbərliklə birbaşa işləmək və şirkətin istehsalat planlaşdırılması və idarəetmə proseslərinin qurulmasında iştirak etmək imkanı; Analitik bilik və bacarıqların praktiki iş mühitində inkişaf etdirilməsi. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Maaş: 800 AZN Son müraciət tarixi: 13.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-istehsalatin-planlasdirilmasi-uzre-mutexessis-156063
ЖАРНАМА