
Bakı9
Junior BI Developer / Data Analyst
Junior BI Developer / Data Analyst
Келісімді
Тексерілді5 күн бұрын
ҚалаBakı
Күні
Қаралым9
Нөмір№4600305
Сипаттама
Namizədə tələblər:
İnformasiya texnologiyaları, kompüter elmləri, riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil (son kurs tələbələri də müraciət edə bilərlər);
SQL üzrə ilkin biliklər (SELECT, JOIN, GROUP BY və s.);
Verilənlər bazaları və məlumatların strukturu haqqında baza anlayışları;
Microsoft Excel ilə işləmə bacarığı;
Məlumatların təhlili və vizuallaşdırılmasına maraq;
Analitik və məntiqi düşünmə qabiliyyəti;
Yeni texnologiyaları öyrənmək və müstəqil araşdırma aparmaq bacarığı;
İngilis dilində texniki sənədləri oxuyub anlamaq bacarığı;
Komanda ilə işləmək və effektiv kommunikasiya bacarıqları.
Üstünlük hesab olunacaq:
Power BI, Tableau və ya digər BI platformaları ilə ilkin tanışlıq;
Python üzrə baza biliklər;
ETL/ELT prosesləri haqqında ilkin anlayış;
Data Warehouse və Data Modeling konsepsiyaları ilə tanışlıq;
Şəxsi layihələr, universitet layihələri və ya GitHub portfeli.
Əsas vəzifə öhdəlikləri:
Məlumatların toplanması, təmizlənməsi və təhlilində iştirak etmək;
BI hesabatlarının və interaktiv dashboardların hazırlanmasına dəstək vermək;
SQL sorğularının yazılması və optimallaşdırılmasında iştirak etmək;
Məlumat mənbələrinin inteqrasiyası və transformasiyası proseslərində iştirak etmək;
Biznes tələblərinin analitik həllərə çevrilməsində komandaya dəstək göstərmək;
Yeni analitika və vizuallaşdırma texnologiyalarını mənimsəmək.
Biz nə təklif edirik?
Təcrübəli mütəxəssislərin mentorluğu ilə peşəkar inkişaf;
Müasir BI və Data Analytics texnologiyalarını praktiki öyrənmək imkanı;
Real korporativ layihələrdə iştirak;
Beynəlxalq texnologiyalar və platformalar üzrə ixtisaslaşma perspektivi;
Peşəkar və inkişaf yönümlü komanda mühiti;
Karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198538/junior-bi-developer-data-analyst
ЖАРНАМА








