
10
Kargüzarlıq üzrə təcrübə proqramı

Келісімді
Kargüzarlıq üzrə təcrübə proqramı
ТексерілдіКеше
Сипаттама
İş barədə məlumat:
“Global Media Group” MMC-nin tərkibində fəaliyyət göstərən “Global Management” MMC 2020-ci ildən beynəlxalq idarəetmə sistemləri əsasında fəaliyyət göstərən autsorsinq şirkətidir.
Şirkətimizin Protokol və əməyin mühafizəsi departamentinin Kargüzarlıq şöbəsində təcrübə qazanmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək istəyən gəncləri ödənişli təcrübə proqramına dəvət edirik.
Proqram haqqında
Müddət: 3–6 ay (tam iş günü)
İş qrafiki: 5 günlük, 09:00–18:00
Təcrübə proqramının əsas istiqamətləri
Kargüzarlıq üzrə normativ-hüquqi aktların öyrənilməsi;
ERP sistemində sənədlərin qeydiyyatı, yönləndirilməsi və icrasına nəzarət;
Daxil olan və göndərilən sənədlərin qeydiyyatı və dövriyyəsinin təşkili;
Sənədlərin qovluqlaşdırılması və arxivləşdirilməsi;
Rəsmi məktubların, arayışların və digər sənədlərin hazırlanması;
Sənədlərin icra müddətlərinə nəzarət;
İclas və görüşlərin protokollaşdırılması.
Proqramın üstünlükləri
Ödənişli təcrübə imkanı;
Peşəkar təlim və mentor dəstəyi;
Təcrübə proqramını uğurla başa vuran namizədlər üçün işlə təmin olunma perspektivi;
Proqramın sonunda sertifikat;
Şirkətdaxili peşəkar əlaqələrin qurulması imkanı
Namizədə tələblər:
Ali təhsil;
Microsoft Office proqramları üzrə biliklər;
ERP sistemləri üzrə bilik və ya öyrənməyə həvəs;
Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dili bilikləri üstünlükdür);
Yüksək kommunikasiya və komanda ilə işləmək bacarığı;
Məsuliyyətlilik, diqqətlilik, çeviklik və öyrənməyə həvəs.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 12.12.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/global-media-group-karguzarliq-uzre-tecrube-proqrami-156986
ЖАРНАМА











