Prayk

Keyfiyyətə nəzarət üzrə mühəndis

Келісімді
ТексерілдіКеше

№6435370·Қаралым: 3

Сипаттама

“Hermes-S” MMC “Keyfiyyətə nəzarət üzrə mühəndis” vakansiyası elan edir İş şəraiti İş yeri: Ağdam şəhəri İş rejimi: 6 günlük iş qrafiki Əmək haqqı: Müsahibə əsasında təyin edilir. Qidalanma və yaşayış: Şirkət tərəfindən təmin edilir. Namizədə tələblər: Bəy namizəd Müvafiq sahə və ya inşaat mühəndisliyi üzrə bakalavr təhsili; Tikinti sahəsində minimum 3 il iş təcrübəsi; Tikinti norma və qaydaları, texniki standartlar və keyfiyyətə nəzarət prosedurları üzrə biliklər; Layihə, işçi çertyojları və texniki sənədləri oxumaq və təhlil etmək bacarığı; Tikinti materiallarının keyfiyyət göstəriciləri və sertifikatları barədə məlumatlı olmaq; MS Office proqramları ilə işləmək bacarığı; Analitik düşünmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı. Vəzifə və öhdəliklər: Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki şərtlərə, tikinti norma və standartlarına uyğun yerinə yetirilməsinə nəzarət etmək; Tikinti sahəsində həyata keçirilən işlərin keyfiyyətini mütəmadi yoxlamaq və qiymətləndirmək; İstifadə olunan tikinti materiallarının, konstruksiyaların və avadanlıqların keyfiyyət göstəricilərini, sertifikatlarını və texniki pasportlarını yoxlamaq; Materialların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq, uyğunsuzluqlar aşkar edildikdə müvafiq tədbirlər görmək; Beton, armatur, hörgü, suvaq, döşəmə, dam örtüyü, hidroizolyasiya və digər tikinti işlərinin keyfiyyətinə nəzarət etmək; Beton tökmə, armatur quraşdırılması və digər məsuliyyətli tikinti mərhələlərində işlərin texniki tələblərə uyğun icrasını yoxlamaq; Görülmüş işlərin ölçülərini, həndəsi göstəricilərini və layihəyə uyğunluğunu yoxlamaq; Gizli işlərin və aralıq mərhələlərin keyfiyyət yoxlamalarında iştirak etmək, müvafiq aktların hazırlanmasını təmin etmək; Aşkar edilmiş qüsur, çatışmazlıq və texniki uyğunsuzluqları qeydə almaq, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini tələb etmək; Keyfiyyət tələblərinə cavab verməyən işlərin təkrar icrası və düzəldilməsi prosesinə nəzarət etmək; Subpodratçı təşkilatlar tərəfindən görülən işlərin keyfiyyətini yoxlamaq və onların texniki tələblərə riayət etməsinə nəzarət etmək; Tikinti işlərinin növbəti mərhələyə keçirilməsindən əvvəl əvvəlki mərhələnin keyfiyyət göstəricilərini yoxlamaq; Laboratoriya sınaqlarının və material yoxlamalarının nəticələrini təhlil etmək, nəticələrin normativ tələblərə uyğunluğunu qiymətləndirmək; Keyfiyyətə nəzarət üzrə gündəlik və dövri hesabatlar, yoxlama aktları və digər texniki sənədləri hazırlamaq; İcra sənədlərinin, keyfiyyət sertifikatlarının və materiallara dair texniki sənədlərin düzgün tərtib olunmasına nəzarət etmək; Layihə rəhbərliyi, sahə rəisləri, iş icraçıları və digər texniki heyətlə koordinasiyalı işləmək; Tikinti prosesində keyfiyyətin yüksəldilməsi, qüsurların qarşısının alınması və işlərin normativ tələblərə uyğun təşkili ilə bağlı təkliflər vermək; Rəhbərlik tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək. Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Keyfiyyətə nəzarət üzrə mühəndis" başlığı ilə göndərmələri xahiş olunur. Qeyd: Vakansiya şərtləri ilə tam tanış olmayan, müvafiq sahə üzrə təhsili və üzrə iş təcrübəsi olmayan şəxslərdən müraciət etməmələri xahiş olunur. Son müraciət tarixi: 27.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/hermes-s-mmc-keyfiyyete-nezaret-uzre-muhendis-157091
ЖАРНАМА