Prayk
Korporativ satış üzrə menecer — Satış
Келісімді

Korporativ satış üzrə menecer

Көшірме1 ай бұрын
Санат
Сату
Күні
Қаралым
18
Нөмір
№4537891

Сипаттама

İş şəraiti İş yeri: Çinar Plaza, Bakı İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00 Əmək haqqı: Rəqabətli əməkhaqqı + bonus Vəzifə öhdəlikləri: İT məhsul və xidmətlərinin satışını artırmaq üçün satış planlarının tamamlanması Potensial korporativ müştərilərin müəyyən edilməsi, onlarla uzunmüddətli biznes əlaqələrinin qurulması və idarə edilməsi Müştərilərlə görüşlərin, təqdimatların və danışıqların aparılması Satış təklifləri, kommersiya təklifləri və kommersiya qiymət təkliflərinin hazırlanması və idarə olunması Müştəri tələblərinə uyğun olaraq texniki və marketinq komandaları ilə əməkdaşlıq etmək Satış planlarını icra etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək İT sektorunda bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini izləmək Tələblər: Biznes, Marketinq, İT və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi B2B sahəsində minimum 2 il iş təcrübəsi (İT sahəsində təcrübə üstünlükdür) İT həlləri, proqram təminatı və ya avadanlıq satışları barədə yaxşı anlayış Güclü danışıqlar aparma, ünsiyyət və təqdimat bacarıqları Nəticəyönümlü, təşəbbüskar və motivasiyalı iş yanaşması MS Office və CRM sistemlərindən sərbəst istifadə bacarığı Azərbaycan, ingilis dillərində sərbəst danışıq (rus dili biliyi üstünlükdür) İT sahəsində mövcud müştəri bazasının olması üstünlükdür Şirkət tərəfindən təqdim olunan imkanlar: Stabil iş mühiti; Push30 üzvlüyü – fitness və sağlam həyat tərzi imkanlarından istifadə; Paşa Könüllü Tibbi Sığorta; Peşəkar və dəstəkləyici komanda; Karyera inkişafı və təlim imkanları. Maraqlanan namizədlər CV-lərini “Korporativ satış üzrə menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 13.11.2026

Хабарландырудың дереккөзі

Түпнұсқа хабарландыруды ашу

© MicroTech LLC jobsearch.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.

Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.

ЖАРНАМА
WhatsApp