Prayk
Maliyyə Auditi — Maliyyə
Келісімді

Maliyyə Auditi

Тексерілді5 күн бұрын
Санат
Қаржы
Күні
Қаралым
16
Нөмір
№4896504

Сипаттама

Vəzifənin məqsədi Şirkətin maliyyə və kommersiya əməliyyatlarının düzgünlüyünü, şəffaflığını və daxili nəzarət mexanizmlərinə, biznes proseslərinə və struktur bölmələrinin fəaliyyətinə müstəqil nəzarətin həyata keçirilməsi, maliyyə itkiləri, mənimsəmə və digər sui-istifadə risklərin müəyyən edilməsi, maliyyə və əməliyyat intizamının qiymətləndirilməsi, eləcə də fəaliyyətin səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi. Əsas vəzifə öhdəlikləri Şirkətin maliyyə əməliyyatlarının, gəlir və xərclərinin, ödənişlərin, hesablaşmaların və maliyyə sənədlərinin yoxlanılması. Mühasibat uçotu məlumatlarının, ilkin sənədlərin, müqavilələrin, hesab-fakturaların və digər maliyyə sənədlərinin düzgünlüyünün və uyğunluğunun yoxlanılması. Büdcəyə riayət olunmasına, xərclərin əsaslandırılmasına və maliyyə resurslarından səmərəli istifadəyə nəzarət edilməsi. Şirkətin bütün struktur bölmələrinin və departamentlərinin fəaliyyətinin müəyyən edilmiş prosedur, qayda və daxili siyasətlərə uyğunluğunun yoxlanılması. Satınalma, anbar, logistika, satış, insan resursları və digər əməliyyat bölmələrində proseslərin, sənədləşmənin və nəzarət mexanizmlərinin qiymətləndirilməsi. Mal-material qalıqlarının, inventarların, əsas vəsaitlərin və digər şirkət aktivlərinin uçotunun və faktiki mövcudluğunun yoxlanılması. Müqavilə öhdəliklərinin, təsdiq prosedurlarının, səlahiyyət bölgüsünün və daxili qaydaların icrasına nəzarət edilməsi. Maliyyə itkiləri, əsassız xərclər, uyğunsuzluqlar, sui-istifadə ehtimalları və əməliyyat risklərinin müəyyən edilməsi və araşdırılması. Daxili nəzarət sistemindəki boşluqların aşkar edilməsi, risklərin qiymətləndirilməsi və onların aradan qaldırılması üçün tövsiyələrin hazırlanması. Audit yoxlamalarının nəticələri üzrə hesabatların, aşkar edilmiş nöqsanların və düzəldici tədbirlərin təqdim edilməsi. Əvvəlki audit yoxlamaları nəticəsində verilmiş tövsiyələrin icra vəziyyətinin izlənilməsi. Rəhbərliyin tapşırığı əsasında xüsusi yoxlamaların və xidməti araşdırmaların aparılması. Namizədə dair tələblər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, audit və ya müvafiq sahə üzrə ali təhsil. Daxili audit, maliyyə nəzarəti, mühasibat uçotu və ya risklərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi. Maliyyə hesabatları, mühasibat uçotu prinsipləri və maliyyə-təsərrüfat əməliyyatları üzrə biliklər. Daxili nəzarət sistemləri, risklərin qiymətləndirilməsi və audit metodologiyaları barədə anlayış. Müqavilələrin, ilkin uçot sənədlərinin və əməliyyat sənədləşməsinin təhlili bacarığı. MS Excel proqramı ilə sərbəst işləmək və böyük həcmli məlumatları təhlil etmək bacarığı. Analitik düşünmə, detallara diqqət, obyektivlik və sistemli yanaşma. Müstəqil işləmək, problemləri müəyyənləşdirmək və əsaslandırılmış həll təklifləri vermək bacarığı. Yüksək etik davranış, məxfilik prinsiplərinə riayət və peşəkar ünsiyyət bacarığı. Üstünlük hesab olunur: ACCA, CIA, CIMA və ya digər müvafiq peşəkar sertifikatların olması və ya bu istiqamətdə təhsil. ERP və mühasibatlıq proqramları ilə iş təcrübəsi. Satınalma, anbar, logistika, satış və digər əməliyyat proseslərinin auditi üzrə təcrübə. Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət; xarici dil bilikləri əlavə üstünlükdür. İş vaxtının norması: 09:00-17:00 / 5 günlük iş həftəsi İstirahət günü: Şənbə və Bazar günü Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Nahar şirkət tərəfindən təmin edilir; İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Son müraciət tarixi: 20.11.2026

Хабарландырудың дереккөзі

Түпнұсқа хабарландыруды ашу

© Sirab Satış və Dağıtım MMC jobsearch.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.

Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.

ЖАРНАМА
WhatsApp