“Martin İden” romanı – Cek Londonun ən məşhur əsərlərindən biridir. Əsərin baş qəhrəmanı Martin İden sadə ailədən olan, möhkəm xarakterli və səmimi bir gəncdir. O, keçmiş dənizçidir və varlı ailədən olan Rut adlı qıza aşiq olur. Sevginin gücü möcüzələr yaradır: Martin şəxsiyyət kimi dəyişir, öz üzərində çalışır, mənəvi cəhətdən inkişaf edir. O, əsl yazıçıya çevrilir, lakin inanılmaz uğur qazandıqda, həyatın dadını itirir. Əsərin mətni 3-cü səviyyə – Intermediate (yəni ingilis dilini öyrənməyə davam edən orta səviyyəli oxucular üçün) hazırlanmış, rus və Azərbaycan dillərində şərhlərlə təmin edilmişdir. Kitabın sonunda ingiliscə–rusca–azərbaycanca lüğət verilmişdir. Kitab “Mücrü” nəşriyyatının “Elm” seriyasında nəşr edilmişdir.
Müəllif: CEK LONDON
Nəşriyyat: Mücrü Nəşriyyatı
Dil: AZE/RUS/ENG
Cild: Yumşaq
Səhifə sayı: 160
© libraff.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.