Prayk

MEP mühəndisi

Келісімді
ТексерілдіКеше

№6432811·Қаралым: 3

Сипаттама

Vəzifə öhdəlikləri: Tikinti layihələri üzrə mexaniki, elektrik və santexnika (MEP) sistemlərinin icrasına nəzarət etmək; HVAC, elektrik, su təchizatı, kanalizasiya və yanğın təhlükəsizliyi sistemləri üzrə işlərin layihə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin etmək; Tikinti sahəsində MEP işlərinin keyfiyyətinə və icra müddətlərinə nəzarət etmək; Layihə çertyojlarını, texniki spesifikasiyaları və işçi layihələri təhlil etmək; Layihə sənədləri ilə faktiki icra arasında uyğunsuzluqları müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər görmək; Podratçı və subpodratçı təşkilatlarla koordinasiyalı işləmək; MEP işlərinin digər tikinti və mühəndislik işləri ilə uyğunluğunu təmin etmək; Görülmüş işlərin yoxlanılmasında, sınaq və təhvil-təslim proseslərində iştirak etmək; Görülən işlər üzrə texniki hesabatların hazırlanmasını təmin etmək. Tələblər: Ali təhsil; Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi; Tikinti layihələrində MEP sistemlərinin quraşdırılması və icrası üzrə biliklər; HVAC, elektrik, su təchizatı və kanalizasiya sistemləri üzrə texniki biliklər; AutoCAD proqramı ilə işləmək bacarığı; Texniki çertyojları oxumaq və təhlil etmək bacarığı; Tikinti norma və standartları barədə məlumatlı olmaq; Məsuliyyətlilik, operativlik və problem həll etmə bacarığı. İş şəraiti: 6 günlük iş qrafiki; İş yeri: Bakı şəhəri; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “MEP mühəndisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 27.12.2026

Хабарландырудың дереккөзі

Түпнұсқа хабарландыруды ашу

© Kristal jobsearch.az · Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.

Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.

ЖАРНАМА