Prayk

MEP mühəndisi

Келісімді
ТексерілдіКеше

№6434380·Қаралым: 4

Сипаттама

Vəzifə öhdəlikləri: Tikinti layihələri üzrə mexaniki, elektrik və santexnika (MEP) sistemlərinin icrasına nəzarət etmək; HVAC, elektrik, su təchizatı, kanalizasiya və yanğın təhlükəsizliyi sistemləri üzrə işlərin layihə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin etmək; Tikinti sahəsində MEP işlərinin keyfiyyətinə və icra müddətlərinə nəzarət etmək; Layihə çertyojlarını, texniki spesifikasiyaları və işçi layihələri təhlil etmək; Layihə sənədləri ilə faktiki icra arasında uyğunsuzluqları müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər görmək; Podratçı və subpodratçı təşkilatlarla koordinasiyalı işləmək; MEP işlərinin digər tikinti və mühəndislik işləri ilə uyğunluğunu təmin etmək; Görülmüş işlərin yoxlanılmasında, sınaq və təhvil-təslim proseslərində iştirak etmək; Görülən işlər üzrə texniki hesabatların hazırlanmasını təmin etmək. Tələblər: Ali təhsil; Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi; Tikinti layihələrində MEP sistemlərinin quraşdırılması və icrası üzrə biliklər; HVAC, elektrik, su təchizatı və kanalizasiya sistemləri üzrə texniki biliklər; AutoCAD proqramı ilə işləmək bacarığı; Texniki çertyojları oxumaq və təhlil etmək bacarığı; Tikinti norma və standartları barədə məlumatlı olmaq; Məsuliyyətlilik, operativlik və problem həll etmə bacarığı. İş şəraiti: 6 günlük iş qrafiki; İş yeri: Bakı şəhəri; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “MEP mühəndisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/209241/mep-muhendisi
ЖАРНАМА