
Bakı4
Mexanika Mühəndisi

Келісімді
Mexanika Mühəndisi
ТексерілдіБүгін
ҚалаBakı
Күні
Қаралым4
Нөмір№6044390
Сипаттама
Mexaniki avadanlıqların, maşınların, sistemlərin və qurğuların texniki layihələndirilməsini həyata keçirir;İstehsalat və ya texniki xidmət sahəsində avadanlıqların texniki vəziyyətinə nəzarət edir;Planlı profilaktik baxış və təmir cədvəllərini tərtib edir və onların icrasına nəzarət edir;Mexaniki avadanlıqların nasazlığını aşkarlayır, səbəbləri təhlil edir və aradan qaldırılması üçün tədbirlər planı hazırlayır;Yeni texnoloji proseslərin və avadanlıqların tətbiqi zamanı texniki sənədləşməni (eskiz, cizgi, spesifikasiya və s.) hazırlayır;Təmir və istismar işləri zamanı texniki təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə nəzarət edir;Enerji və resurs sərfiyyatının azaldılması məqsədilə mexaniki sistemlərin optimallaşdırılması üzrə təkliflər verir;Avadanlıqların texniki pasportlarını və istismar jurnallarını aparır; Mexanik briqadalarının fəaliyyətinə rəhbərlik edir, işlərin koordinasiyasını təmin edir;İstismar zamanı yaranan qəza hallarının aradan qaldırılması prosesində iştirak edir və hesabat hazırlayır;Təchizat şöbəsi ilə birlikdə ehtiyat hissələrinin alınması və uçotu prosesində iştirak edir;Müəssisənin texniki inkişafı və modernləşdirilməsi ilə bağlı təkliflər verir.
Tələblər:
Mexanika mühəndisliyi, Maşınqayırma və ya oxşar sahə üzrə ali təhsil;İstehsalat müəssisəsində mexaniki avadanlıqlarla iş üzrə minimum 3–5 il iş təcrübəsi;Mexaniki avadanlıqların iş prinsipləri, quruluşu və texniki xidmət metodları üzrə biliklər;Planlı profilaktika, təmir və istismar proseslərinin təşkili üzrə təcrübə;Nasazlıqların diaqnostikası və aradan qaldırılması üzrə praktiki bilik və bacarıqlar;Texniki sənədləşmə (eskiz, cizgi, spesifikasiya və s.) hazırlamaq və oxumaq bacarığı;Texniki təhlükəsizlik normalarını və istehsalat standartlarını bilmək;Güclü analitik düşüncə, problem həll etmə bacarığı və məsuliyyətli iş yanaşması.
İş şəraiti:
İş qrafiki: Həftədə 1 gün istirahət;Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
Vakansiya növü: Tam ştat
Şirkət: Mətanət A Şirkətlər Qrupu
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/matanata/matanata-mexanika-muhendisi-86098/apply
ЖАРНАМА





