Prayk
Mühafizəçi — Keşikçilik və Təhlükəsizlik
Келісімді

Mühafizəçi

ТексерілдіКеше
Күні
Қаралым
16
Нөмір
№5922443

Сипаттама

Yeni tikinti layihəsi üzrə Mühafizəçi vəzifəsinə işə qəbul elan edilir. Vəzifə öhdəlikləri Tikinti sahəsinin və ərazidə yerləşən avadanlıq və əmlakın mühafizəsini təmin etmək; Tikinti sahəsinə daxil olan və ərazidən çıxan işçilərin, ziyarətçilərin və nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək; Tikinti materiallarının və avadanlıqların əraziyə gətirilməsi və ərazidən çıxarılmasının qeydiyyatını aparmaq; Əraziyə kənar şəxslərin icazəsiz daxil olmasının qarşısını almaq; Növbə ərzində mühafizə olunan əraziyə mütəmadi baxış keçirmək; Təhlükəsizlik və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək; Aşkar edilmiş qayda pozuntuları, şübhəli hallar və fövqəladə vəziyyətlər barədə dərhal rəhbərliyə məlumat vermək; Növbənin təhvil-təslim qaydalarına riayət etmək və müvafiq qeydiyyat jurnallarını aparmaq. Namizədə tələblər Minimum orta təhsil; Mühafizə sahəsində iş təcrübəsi; Tikinti obyektlərində mühafizəçi kimi iş təcrübəsi üstünlükdür; Məsuliyyətli, diqqətli, intizamlı və operativ olmaq; Növbəli iş qrafiki ilə işləməyə hazır olmaq. İş şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Növbəli iş qrafiki; İş yeri: Bakı şəhəri, Ağ şəhər, tikinti sahəsi. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Son müraciət tarixi: 13.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-muhafizeci-156057
ЖАРНАМА