Prayk

Mühasib

1 000 ₼
Тексерілді6 күн бұрын
Қала
Bakı
Санат
Қаржы
Күні
Қаралым
10
Нөмір
№3810300

Сипаттама

Superfon Namizədə dair tələblər:Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat);Mühasibat sahəsində ən azı 3 il iş təcrübəsi;Vergi və əmək qanunvericiliyi üzrə biliklər;MS Excel proqramını yaxşı səviyyədə bilmək;Mühasibat proqramları ilə iş bacarığı (LOGO proqramı ilə iş təcrübəsi üstünlük hesab olunur);E-taxes (vergi portalı),e-custom və internet-bankçılıqla başlanğıc səviyyəsində iş bacarığı;Diqqətlilik, məsuliyyət, analitik düşüncə və ünsiyyət bacarığı. Vəzifələr:Bank hesablarına mədaxil və məxaric olunan bütün əməliyyatları bank çıxarışları əsasında vaxtında mühasibat proqramında (LOGO) qeydiyyata almaq;Proqramdakı bank qalıqlarını bank çıxarışı ilə müntəzəm olaraq tutuşdurmaq və fərqləri aşkar edib aradan qaldırmaq.POS terminallar vasitəsilə daxil olan məbləğləri sistemdə işləmək;Terminal hesabatlarını, bank daxilolmalarını və kassa (satış) məlumatlarını tutuşdurmaq;Bank komissiyalarını düzgün uçota almaq;Pərakəndə satış məbləğlərinin tam və düzgün əks olunmasına nəzarət etmək.ƏDV depozit hesabına mədaxil və məxaric olunan əməliyyatları mühasibat proqramında (LOGO və ya digər) qeydiyyata almaq;ƏDV depozit hesabının qalığını e-qaimələr və vergi orqanının məlumatları ilə tutuşdurmaq.Gömrük avans hesabı üzrə köçürmələri və gömrük rüsumlarının silinməsini sistemdə işləmək;Gömrük bəyannamələri əsasında hesablanmış ödənişləri uçota almaq;Hesabın qalığına nəzarət etmək və qalıq azaldıqda rəhbərliyə vaxtında məlumat vermək.Aylıq əmək haqqı cədvəlini hazırlamaq və təsdiqdən sonra ödəniş üçün ödənilməsi üçün göndərmək;İşçilərə verilən avans ödənişlərini qeydiyyatını aparmaq;Hesablanmış əmək haqqını və ondan tutulmaları (gəlir vergisi, DSMF, işsizlikdən sığorta, icbari tibbi sığorta) xərc kimi tanımaq;Ay sonunda əmək haqqı hesablamalarının yoxlanılması və hesabatı təqdim etmək;Çalışanların qalıq və nəticələrinə (qalıq, borc, avans) nəzarət etmək.Müştərilərdən daxil olan ödənişləri daxil etmək və düzgünlüyünü yoxlamaq;Müştərilərlə hesablaşmaların üzləşdirmə aktlarının hazırlanmasında iştirak etməkVaxtı keçmiş borclar barədə Maliyyə Menecerinə məlumat vermək.Şirkət tərəfindən:Peşəkar inkişaf və öyrənmə imkanı;Karyera yüksəlişi;Peşəkar və dinamik iş mühiti;Əmək müqaviləsi;İş şəraitiİş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycanİş rejimi: Tam iş günüƏmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.Maraqlanan namizədlər  CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Ұқсас хабарландырулар