
3
Mühasib
Mühasib
Келісімді
Тексерілді2 күн бұрын
Күні
Қаралым3
Нөмір№4194112
Сипаттама
Xurcun komandamıza peşəkar və məsuliyyətli Mühasib axtarırıq.
İş şəraiti
İş yeri: Ofis
İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00
Əmək haqqı: bilik və təcrübəyə əsasən müsahibə əsasında təyin olunacaq
Əsas vəzifələr:
İlkin uçot sənədlərinin hazırlanması və mühasibat uçotunun aparılması
Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta hesabatlarının hazırlanması
Əmək haqqı, məzuniyyət və son haqq-hesabların hesablanması
Elektron qaimə-faktura, hesab-faktura, təhvil-təslim və üzləşmə aktları ilə iş
Bank və kassa əməliyyatlarının aparılması
Mal-material uçotu, maya dəyərinin (food cost) hesablanması və inventarizasiyada iştirak
Debitor və kreditor borclarının, gəlir və xərclərin uçotunun aparılması
Aylıq hesabatların hazırlanması və maliyyə təhlillərində iştirak
Namizədə tələblər:
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə Ali təhsil
Mühasibat uçotu sahəsində minimum 2 il iş təcrübəsi
HoReCa və ya Retail sahəsində təcrübə üstünlükdür
Azərbaycan Respublikasının mühasibat, vergi və əmək qanunvericiliyi üzrə praktiki biliklər
1C 8.3, MS Excel — yaxşı səviyyədə
E-taxes.gov.az, e-gov.az və digər elektron portallarla işləmək bacarığı
Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və operativlik
Süni intellekt alətlərindən (ChatGPT, Copilot, Gemini və s.) iş prosesində istifadə bacarığı üstünlükdür
Öz şəkilliCV-nizi “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 08.11.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/xurcun-chain-of-boutiques-muhasib-153383
Ұқсас хабарландырулар










Келісімді
Biznes satış üzrə mütəxəssis/aparıcı mütəxəssis (SME kreditləri), (Qusar filialı)
Qusar08.10.2026




