
13
Mühasib

Келісімді
Mühasib
ТексерілдіКеше
Күні
Қаралым13
Нөмір№4545382
Сипаттама
Vəzifə öhdəlikləri:
Satınalmalarla bağlı elektron qaimə-fakturaların və YGB bəyannamalərinin yoxlanılması və ERP-yə daxil edilməsi;
Təchizatçılara ödənişlərin təmin edilməsi, icrasına nəzarət edilməsi və müvafiq ƏDV ödənişlərinin həyata keçirilməsi;
Xərclərin və kreditor borcların uçotunun və sənədləşdirilməsinin həyata keçirilməsi, müxabirləşmələrinin ERP-də verilməsi və yoxlanılması;
Xərclərin xərc mərkəzləri üzrə doğru qeydiyyatının təmin edilməsi;
Kreditorlarla üzləşmələrin həyata keçirilməsi və üzləşmə aktlarının hazırlanması;
ÖMV hesabatının və Vahid Bəyannamənin hazırlanması və təqdim edilməsi;
Dövlət Statistika Komitəsinə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması və təqdim edilməsi;
Vergi uçotunun həyata keçirilməsi və Vergi sistemi ilə işləmə bacarığının olması;
Əmək haqqı hesablanması və HRM proqramı ilə işləmə bacarığının olması.
Tələblər:
İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
Müvafiq qanunvericilik, akt və normalarını bilmək;
Ofis proqramlarında (Word, excel, power point və s) işləmək bacarığı və LOGO bilikləri;
Rəhbəri tərəfindən öz sahəsinə aid verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmək.
Əmək şəraiti:
İş yeri: Sumqayıt şəhəri
İş rejimi: 6 günlük (şənbə günü növbəli formada)
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 13.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/veliev-mmc-muhasib-153658
ЖАРНАМА












