Vəzifə öhdəlikləri
Mühasibat və vergi uçotu
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması;
Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər müvafiq hesabatlar) hazırlanması və elektron qaydada təqdim edilməsi;
DSMF, işsizlikdən sığorta, icbari tibbi sığorta və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
Vergi öhdəliklərinin, vergi borclarının və ödəniş müddətlərinin izlənilməsi;
Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının, təhvil-təslim aktlarının və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
Bank əməliyyatlarının, kassa və pul vəsaitlərinin hərəkətinin uçotunun aparılması;
Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər əmək ödənişlərinin hesablanması;
ƏMAS sistemində müvafiq əməliyyatların aparılması.
Tikinti layihələri üzrə mühasibat uçotu
Hər bir tikinti obyekti və layihə üzrə gəlir və xərclərin ayrıca uçotunun aparılması;
Tikinti materiallarının, avadanlıqların və digər mal-material ehtiyatlarının mədaxil və məxaricinə nəzarət edilməsi;
Obyektlər üzrə material sərfiyyatının və faktiki xərclərin uçotunun aparılması;
Podratçı və subpodratçı təşkilatlarla hesablaşmaların, müqavilə öhdəliklərinin və ödənişlərin izlənilməsi;
Görülmüş işlər üzrə təhvil-təslim aktlarının, hesablaşma sənədlərinin və elektron qaimələrin yoxlanılması;
Təchizatçılar və podratçılar üzrə debitor və kreditor borclarının uçotunun aparılması;
Anbar qalıqlarının uçot məlumatları ilə üzləşdirilməsi və inventarizasiya prosesində iştirak;
Tikinti layihələri üzrə büdcə xərcləri ilə faktiki xərclərin müqayisəsinin aparılması.
Daxili maliyyə hesabatlılığı
Rəhbərlik üçün gündəlik, aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması;
Şirkətin gəlir və xərcləri, pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti barədə hesabatların təqdim edilməsi;
Hər bir tikinti obyekti üzrə çəkilmiş xərclərin, əldə edilmiş gəlirlərin və mənfəətliliyin hesablanması;
Planlaşdırılmış və faktiki xərclərin müqayisəli təhlilinin aparılması;
Obyektlər üzrə material, əməkhaqqı, texnika, nəqliyyat və digər xərclərin sistemləşdirilməsi;
Rəhbərliyin qərar qəbul etməsi üçün tələb olunan maliyyə məlumatlarının hazırlanması;
Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və arxivləşdirilməsi.
Namizədə dair tələblər
Maliyyə, Mühasibat uçotu və audit və ya İqtisadiyyat ixtisasları üzrə ali təhsil;
Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
Tikinti sektorunda mühasib kimi iş təcrübəsinin olması;
Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotu ilə bağlı qanunvericiliyi yaxşı bilmək;
Vergi və digər məcburi dövlət hesabatlarını müstəqil hazırlamaq və təqdim etmək bacarığı;
Tikinti sahəsində layihə və obyektlər üzrə gəlir-xərc uçotunun aparılması üzrə praktiki biliklər;
Podratçı və subpodratçılarla hesablaşmaların, mal-material uçotunun və ilkin sənədləşmənin aparılması üzrə təcrübə;
1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı;
MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı*;
Elektron vergi kabineti, ƏMAS və digər müvafiq elektron sistemlərdə işləmək bacarığı;
Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və işlərin vaxtında icrası bacarığı;
Müstəqil işləmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək bacarığı.
Əlavə üstünlüklər
Tikinti şirkətlərində tam mühasibat uçotunun aparılması təcrübəsi;
Bir neçə tikinti layihəsi üzrə paralel maliyyə uçotunun aparılması təcrübəsi;
Smeta, iş həcmləri, Forma 2 və Forma 3 sənədləri ilə işləmək barədə biliklər;
PMS sertifikatının olması;
Maliyyə hesabatlarının təhlili və vergi risklərinin müəyyən edilməsi bacarığı.
İş şəraiti
İş yeri: Bakı şəhəri;
İş rejimi: Tam iş günü;
İş qrafiki: Həftədə 5 iş günü;
Əməkhaqqı: 2000 Azn;
Əmək müqaviləsi rəsmi qaydada bağlanılır.
Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Mühasib” qeyd olunmalıdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208560/muhasib
ЖАРНАМА
Біз cookie файлдарын пайдаланамыз Аналитика — тек сіздің келісіміңізбен; қажетті cookie әрқашан қосулы.Құпиялық саясаты