Prayk

Mühəndis

2 600 ₼
Тексерілді1 ай бұрын
Қала
Ağdam
Күні
Қаралым
2
Нөмір
№2532485

Сипаттама

Qeyd: İş Ağdam rayonu ərazisində yerləşir. Şirkət tərəfindən yüksək səviyyədə yaşayış yeri və gündəlik qidalanma təmin olunur. Əməkhaqqı: 2000-2600 AZN Maraqlanan namizədlər CV-lərini ünvanına göndərə bilərlər. Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək və elektrik sistemlərinin sahəyə tətbiqi barədə hesabat təqdim etmək Tikinti sahəsində elektrik və yol kommunikasiya sistemlərinin tətbiqinin Azərbaycan Respublikası qanunvericiliyinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərə, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartlara uyğunluğunu təmin etmək Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və tikinti prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək Tikinti müddətində elektrik və yol kommunikasiya hissəsinin sahəyə tətbiqinin müəyyən edilməsi barədə məsləhətlər vermək və bütün mərhələlərdə iş qrafikinin iş həcmlərinə uyğunluğunu yoxlamaq Layihələndirmə prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyalarını və iş həcmlərini yoxlayaraq texniki rəy təqdim etmək İstehsalatın elektrik və yol kommunikasiya sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək Lazım gəldikdə layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq və büdcə/xərc optimallaşdırılması üçün təkliflər hazırlamaq Tikinti sahəsinin elektrik və yol kommunikasiya sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və məlumat mübadiləsinin qaydalara uyğun həyata keçirilməsini təmin etmək Quraşdırılmış enerji və mexaniki sistemlərin, su, istilik və kanalizasiya kommunikasiyalarının düzgün istismarını təmin etmək və texniki qaydalara uyğunluğunu yoxlamaq İstehsal avadanlıqlarında aşkar edilmiş nasazlıqlar və qəza halları ilə bağlı analizlər və qarşısının alınması tədbirlərinə dair hesabatlar hazırlamaq Rəhbərlik tərəfindən verilən tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində icra etmək. Əmək haqqı: 2000-2600 AZN
ЖАРНАМА