Prayk

Ofis Meneceri

Келісімді
ТексерілдіКеше
Қала
Bakı
Күні
Қаралым
5
Нөмір
№5288880

Сипаттама

İdman sahəsində fəaliyyət göstərən təşkilat üçün 2 aylıq müddətinə Ofis menecer axtarılır. Vakansiya analıq məzuniyyətində olan əməkdaşın müvəqqəti əvəz edilməsi məqsədilə elan olunur. Vəzifə öhdəlikləri: Gündəlik ofis fəaliyyətinin koordinasiyası; Rəsmi məktub və e-mail yazışmalarının aparılması; Sənədlərin hazırlanması, arxivləşdirilməsi və sistemləşdirilməsi; Məlumat axınının izlənməsi və müxtəlif şöbələrlə koordinasiyanın təmin edilməsi; Tərcümə işlərinin həyata keçirilməsi; Görüş və tədbirlərin təşkili, inzibati dəstəyin göstərilməsi. Tələblər: Ali təhsil; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; Rus və İngilis dili biliyi (minimum intermediate səviyyəsində) üstünlükdür; MS Office proqramları (Word, Excel) ilə işləmək bacarığı; Yüksək təşkilatçılıq və planlaşdırma bacarığı; Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq; Komandada işləmək və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq bacarığı. Biz nə təklif edirik: Rəqabətqabiliyyətli əmək haqqı; Dinamik və sürətli iş mühiti; Müxtəlif inzibati proseslərdə iştirak və praktiki təcrübə qazanmaq  imkanı. İş şərtləri: Müqavilənin müddəti: 2 ay ( analıq məzuniyyətində olan əməkdaşın müvəqqəti əvəz edilməsi); İş vaxtı: 09:00 – 18:00 İş günləri: 5/2 Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/202141/ofis-meneceri
ЖАРНАМА