Prayk

Ofis meneceri

Келісімді
ТексерілдіБүгін
Қала
Bakı
Күні
Қаралым
7
Нөмір
№5704236

Сипаттама

İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00 İstirahət günləri: Şənbə və Bazar Səmərəli, təşkilatçılıq bacarığı yüksək və məsuliyyətli ofis meneceri axtarılır. Əgər siz peşəkar mühitdə çalışmaq və bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri Daxil olan telefon zənglərinin cavablandırılması, müvafiq məlumatların qeydə alınması və rəhbərliyə, eləcə də əməkdaşlara ötürülməsi; Şirkətin daxil olan və göndərilən sənədlərinin qeydiyyatı, idarə olunması, saxlanılması və arxivləşdirilməsi; İşgüzar yazışmaların aparılması; Rəhbərliyin tapşırığı əsasında məktubların, sorğuların və digər xidməti sənədlərin hazırlanması; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi; İşgüzar görüşlərin təşkili və iştirakın təmin edilməsi; Ofisin dəftərxana ləvazimatları və gündəlik fəaliyyəti üçün zəruri olan digər materiallarla təminatının təşkili. Namizədə tələblər Yalnız xanım namizədlər; Yaş həddi: 19–38; Ali təhsil; İş təcrübəsi: 1 ildən az; Səliqəli, punktual və xoş görünüşlü olmaq; Məsuliyyətli olmaq, tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək; Səlis ünsiyyət qurmaq və komandada işləmək bacarığı; MS Office proqramlarından və internetdən sərbəst istifadə bacarığı; Stressli vəziyyətlərdə işləmək bacarığı; İşgüzar yazışmaların aparılması və zəruri sənədlərin hazırlanması bacarığı; Rus dili biliyi arzuolunandır. Müraciət qaydası Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər: E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/204880/ofis-meneceri
ЖАРНАМА