Prayk
PR və SMM Meneceri — Marketing, reklam, PR
1 500 ₼

PR və SMM Meneceri

ТексерілдіБүгін
Күні
Қаралым
3
Нөмір
№5928734

Сипаттама

Vəzifə öhdəlikləri PR istiqaməti: Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması və həyata keçirilməsi; Şirkətin müsbət imicinin və brend nüfuzunun qorunması və inkişaf etdirilməsi; Media nümayəndələri, bloggerlər, influencerlər və tərəfdaşlarla əlaqələrin qurulması və idarə olunması; Mətbuat açıqlamaları, press-relizlər və rəsmi məlumatların hazırlanması; Yeni filmlərin premyeraları, xüsusi nümayişlər və digər tədbirlərin PR planının hazırlanması və icrası; Reklam və kommunikasiya kampaniyalarının təşkili; Şirkətin tədbirlərdə və ictimai platformalarda təmsil olunmasının təmin edilməsi; Media və ictimaiyyət rəylərinin izlənilməsi, reputasiya risklərinin idarə olunması. SMM istiqaməti: Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok və digər platformalar) idarə olunması; Aylıq və həftəlik kontent planlarının hazırlanması və icrası; Sosial media üçün kreativ ideyaların, mətnlərin və paylaşım konseptlərinin hazırlanması; Film təqdimatları, premyeralar, kampaniyalar və xüsusi təkliflər üzrə kontentlərin hazırlanmasının təşkili; Foto və video çəkilişlərinin planlaşdırılması və koordinasiyası; Reels, Stories və digər sosial media formatları üzrə kontentlərin hazırlanması; Sosial media auditoriyası ilə kommunikasiyanın qurulması, mesaj və şərhlərin idarə olunması; Sosial media statistikalarının və reklam kampaniyalarının nəticələrinin təhlili; İzləyici sayının, əhatə dairəsinin və sosial media aktivliyinin artırılması istiqamətində tədbirlərin görülməsi; SMM və rəqəmsal reklam fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi. Namizədə tələblər PR, SMM, Marketinq və ya müvafiq sahə üzrə iş təcrübəsi; Sosial media platformalarının idarə olunması üzrə praktiki biliklər; Kreativ düşünmə və kontent ideyaları yaratmaq bacarığı; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Rus və ingilis dillərini bilmək arzuolunandır; Canva, CapCut və digər kontent hazırlama proqramları ilə işləmək bacarığı; Foto və video çəkiliş proseslərini koordinasiya etmək bacarığı; Analitik düşüncə, təşkilatçılıq və komanda ilə işləmək bacarığı; Operativ, məsuliyyətli və nəticəyönümlü olmaq. Təklif edirik 1 500 AZN NET əmək haqqı; Kreativ və dinamik iş mühiti; Böyük auditoriyaya malik tanınmış brendlə işləmək imkanı; Peşəkar inkişaf və karyera perspektivi. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1500 AZN Son müraciət tarixi: 13.12.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/park-cinema-pr-ve-smm-meneceri-156080
ЖАРНАМА