BOKT “INTERNATIONAL” ASC yeni açılacaq Bakı filialları üzrə satış sahəsində Qrup rəhbəri vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri:
Kredit mütəxəssislərindən ibarət qrupun fəaliyyətini təşkil və koordinasiya etmək;
Qrup üzrə satış planlarının icrasını təmin etmək və nəticələrə nəzarət etmək;
Kredit müraciətlərinin ilkin təhlilini aparmaq və kredit prosesinə nəzarət etmək;
Kredit portfelinin keyfiyyətini izləmək və problemli kreditlərin idarə olunmasını təşkil etmək;
Yeni müştərilərin cəlb olunmasını və mövcud müştəri bazasının inkişafını təmin etmək;
Qrup üzvlərinin iş fəaliyyətini qiymətləndirmək, onların peşəkar inkişafını və motivasiyasını dəstəkləmək;
Daxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək;
Fəaliyyət üzrə hesabatları hazırlamaq və filial rəhbərliyinə təqdim etmək.
Namizədə tələblər:
Maliyyə, iqtisadiyyat, idarəetmə və ya digər uyğun ixtisas üzrə ali təhsil;
Bank və ya bank olmayan kredit təşkilatında minimum 2 il iş təcrübəsi;
Kredit məhsulları və kredit risklərinin idarə olunması sahəsində biliklər;
Satış və komanda idarəetməsi bacarıqları;
Analitik düşünmə, liderlik, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
MS Office proqramlarında işləmək bacarığı.
Təşkilat təklif edir:
Rəqabətqabiliyyətli əmək haqqı;
Bonus və motivasiya sistemi;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
İş qrafiki:
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində "Qrup rəhbəri" qeyd etməklə göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 24.12.2026
© İnternational BOKT · jobsearch.az · Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.