Vakansiya: Resepşn / Kassir – Sənədləşmə üzrə əməkdaş
Əmək haqqı:600–700 AZN /
İş qrafiki:09:30–17:00
İş yeri:Abşeron
Qeyd: Bu vəzifə satış işi deyil və satış planı yoxdur.
Maraqlanan namizədlər özləri haqqında qısa məlumatı və iş təcrübələrini göndərə bilərlər.
Tələblər:
• Xanım namizədlərə üstünlük verilir;
• Diqqətli, məsuliyyətli və səliqəli olmalıdır;
• Rəqəmlərlə işləmək bacarığı və diqqəti olmalıdır;
• Kompüter və əsas ofis proqramlarından istifadə etməyi bacarmalıdır;
• Kassir, satış sənədləri və ya CASPOS ilə iş təcrübəsi olanlara üstünlük verilir;
• Mühasibatlıqla bağlı ilkin təcrübəsi olanlara üstünlük verilir;
• Azərbaycan dilində sərbəst ünsiyyət qura bilməlidir.
Vəzifə öhdəlikləri:
1. Mağazada satışdan sonra ödənişlərin qəbul edilməsi;
2. Satış sənədlərinin hazırlanması və CASPOS vasitəsilə fiskal çeklərin verilməsi;
3. Gündəlik satış sənədlərinin toplanması, qaydaya salınması və rəhbərə təqdim edilməsi;
4. Mağazaya gələn müştərilərin ilkin qarşılanması;
5. Mühasibat şirkəti ilə gündəlik sadə məsələlər və sənədlərlə bağlı əlaqə saxlanılması;
6. Digər sadə ofis və sənədləşmə işlərinin yerinə yetirilməsi.
Maaş: 600-700 AZN
Yaş: 20-35
Təhsil: Orta
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
© "XİNJİANG ZHONGSHİ AİRUİDE TRADİNG CO., LTD" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI · boss.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.