Fitoton Gicitikan Şampunu, gicitikan ekstraktı sayəsində saç köklərini möhkəmləndirir, strukturu bərpa edir və saçın böyüməsini sürətləndirir. Daimi istifadə zamanı baş dərisinin yağ balansını normallaşdırır, saçın yağlılığını azaldır, onları qidalandırır, həmçinin saçların qırılmasını və tökülməsini qarşısını alır. Antibakterial və göbələk əleyhinə təsir göstərir, baş dərisinin qıcıqlanmasını aradan qaldırır, qaşıntı və kəpəyə qarşı mübarizə aparır. İstifadə Qaydası: Şampun nəm saça tətbiq edilir və 5 dəqiqə ərzində masaj edilir. Daha sonra saçlar ilıq su ilə durulanır. Saç tökülməsinin qarşısını almaq üçün müntəzəm istifadə etmək lazımdır.