
2
Satınalma üzrə mütəxəssis

700 ₼
Satınalma üzrə mütəxəssis
ТексерілдіБүгін
Күні
Қаралым2
Нөмір№6032726
Сипаттама
Vəzifə öhdəlikləri
Onlayn satış platformasının idarə edilməsi
Platformada məhsul çeşidlərinin, qiymətlərin, kateqoriyaların və şəkillərin yoxlanılması;
Yeni məhsulların platformaya əlavə edilməsi;
Satışdan çıxarılan məhsulların platformadan silinməsi;
Məhsul məlumatlarının aktuallığına və düzgünlüyünə nəzarət etmək.
Məhsul məlumatları və etiketləmə
Məhsul məlumatlarının Azərbaycan dilinə tərcümə edilməsi;
Məhsul adlarının, tərkibinin və digər məlumatların düzgün hazırlanması;
Məhsul etiketlərinin hazırlanması və çap edilməsi.
1C proqramı üzrə əməliyyatlar
Yeni daxil olan məhsulların 1C sisteminə əlavə edilməsi;
Məhsul adlarının, kodlarının və digər zəruri məlumatların sistemdə qeydiyyata alınması;
Məhsul məlumatlarının düzgünlüyünə nəzarət etmək.
AQTA sənədləri və sertifikatlara nəzarət
Məhsullara aid müvafiq sertifikat və sənədlərin yoxlanılması;
AQTA tələblərinə uyğun sənədlərin mövcudluğuna nəzarət etmək;
Sənədlərin uyğunluğunu və etibarlılıq müddətlərini izləmək.
Satış prosesinə dəstək
Satış əməkdaşlarına gündəlik iş prosesində dəstək göstərmək;
Məhsullarla bağlı yaranan məsələlərin operativ həllinə kömək etmək;
Müvafiq struktur bölmələrlə koordinasiyalı işləmək.
Namizədə dair tələblər
Yaş həddi: 22–35;
Ali təhsil;
Təcrübə min 1 il;
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
1C proqramı üzrə biliklər;
Azərbaycan dilində düzgün yazı və tərcümə bacarığı;
Analitik düşünmə və təşkilatçılıq qabiliyyəti;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur
Satınalma və təchizat sahəsində iş təcrübəsi;
Onlayn satış platformaları ilə iş təcrübəsi;
Qida və dəniz məhsulları sektorunda təcrübə;
Məhsul sənədləşməsi və sertifikatlarla iş təcrübəsi.
İş şəraiti
Əmək haqqı: 700 AZN;
İş rejimi: 6 günlük iş həftəsi;
Rəsmi əmək müqaviləsi;
İş yeri: Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 70–72.
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 700 AZN
Son müraciət tarixi: 16.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/galeon-seafood-mmc-satinalma-uzre-mutexessis-156183
ЖАРНАМА







