Prayk
Satış təmsilçisi — Satış, Bakı
500 ₼

Satış təmsilçisi

Тексерілді4 апта бұрын
Қала
Bakı
Санат
Сату
Күні
Қаралым
4
Нөмір
№2991466

Сипаттама

Şirkət haqqında: Müasir dizaynlı mebellər və ən son texnoloji elektronika məhsullarının satışı ilə məşğul olan mağazamız üçün müştərilərə yüksək səviyyəli xidmət göstərəcək, satış komandamıza enerji qatacaq komanda yoldaşları axtarırıq. İş şəraiti və Təminatlar: Əmək haqqı: 500 AZN + Satışdan faiz + Bonus + Mükafat; AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; İş qrafiki: 6 günlükiş qrafiki, həftədə 1 gün istirahət; Məhsul və satış texnikaları üzrə peşəkar təlimlər; Karyera yüksəlişi imkanları. Müraciət qaydası: Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Satış Təmsilçisi" qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. Whatsapp: +994 55 201 61 83 Tələblər: Ali və ya orta-ixtisas təhsili; Mebel və ya elektronika (məişət texnikası, mobil cihazlar və s.) satışı sahəsində minimum 1 il iş təcrübəsi (arzuolunandır); Azərbaycan dilində mükəmməl səlis danışıq qabiliyyəti (Rus dili biliyi üstünlükdür); Effektiv ünsiyyət, inandırma və müştəri məmnuniyyəti yönümlü işləmə bacarığı; Komandada işləmək istəyi və öyrənməyə həvəsli olmaq; Punktual, məsuliyyətli və stressə davamlı olmaq. Vəzifə öhdəlikləri: Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq və ehtiyaclarını müəyyən etmək; Mebel və elektronika məhsulları (xüsusiyyətləri, funksiyaları, zəmanət şərtləri və s.) haqqında müştərilərə ətraflı və dürüst məlumat vermək; Müştərinin istək və büdcəsinə uyğun məhsul seçimində köməklik göstərmək, alternativlər təklif etmək; Satış prosesini (nağd, hissə-hissə ödəniş və ya kredit şərtləri ilə) peşəkar şəkildə idarə etmək və rəsmiləşdirmək; Mağazadakı məhsulların səliqəsinə, vitrinlərin vizual görünüşünə və qiymət kağızlarının düzgünlüyünə nəzarət etmək; Satış hədəflərinin yerinə yetirilməsi üçün aktiv çalışmaq. Maaş: 500-900 AZN Yaş: 18-35 Təhsil: Orta İş təcrübəsi: 1 ildən aşağı

Хабарландырудың дереккөзі

Түпнұсқа хабарландыруды ашу

© Rifah Qrup boss.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.

Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.

ЖАРНАМА
WhatsApp