
Bakı5
Satış üzrə məsləhətçi
Satış üzrə məsləhətçi
1 200 ₼
Тексерілді1 ай бұрын
Сипаттама
**VAKANSİYA: TEXNİKİ SATIŞ TƏMSİLÇİSİ**
FİBAR GFRP (kompozit) armatur istehsalı və satışı ilə məşğuldur. Tikinti sektorunda təcrübəli, aktiv və nəticəyönümlü Texniki Satış Təmsilçisi axtarırıq.
**Vəzifə öhdəlikləri:**
- Yeni müştərilərin və layihələrin cəlb edilməsi;
- Tikinti şirkətləri və podratçılarla əlaqələrin qurulması;
- Müştərilərə və obyektlərə səfərlərin təşkili;
- Məhsulun texniki və iqtisadi üstünlüklərinin təqdim edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və danışıqların aparılması;
- Satış prosesinin idarə olunması;
- Hesabatların hazırlanması;
- Satış hədəflərinə nail olunması.
**Namizədə tələblər:**
- Ali təhsil; texniki və ya inşaat mühəndisliyi üzrə təhsil üstünlükdür;
- Tikinti materiallarının satışı üzrə təcrübə;
- Tikinti və infrastruktur sahəsi üzrə əsas biliklər;
- Azərbaycan dilində sərbəst danışıq və yazı; rus dili biliyi üstünlükdür;
- Microsoft Office proqramları üzrə biliklər;
- Şəxsi avtomobil və sürücülük vəsiqəsi üstünlükdür;
- Məsuliyyətli və nəticəyönümlü yanaşma;
- Ən azı iki işgüzar referans.
**Şirkət təklif edir:**
- Sabit əməkhaqqı və bonus sistemi (Əmək Haqqı Müsahibə əsasında təyin olunacaq)
- Avtomobil və yanacaq xərclərinin qarşılanması;
- Rəsmi əmək müqaviləsi;
- Müasir müəssisədə çalışmaq imkanı.
**İş yeri:**
- Bakı şəhəri, Dərnəgül — baş ofis;
- Sumqayıt Kimya Sənaye Parkı — ofis və istehsalat müəssisəsi.
**İş qrafiki:** Tam iş günü
CV-nizi **"Texniki Satış Təmsilçisi"** başlığı ilə WhatsApp vasitəsilə nömrəsinə göndərin. Müraciət zamanı ən azı iki işgüzar referans telefon nömrəsi təqdim edilməlidir. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Хабарландырудың дереккөзі
Түпнұсқа хабарландыруды ашу© Fibar azjob.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.
ЖАРНАМА






