
11
Satış üzrə məsləhətçi

Келісімді
Satış üzrə məsləhətçi
ТексерілдіБүгін
Күні
Қаралым11
Нөмір№6292780
Сипаттама
Namizədə tələblər
Ali təhsil
Avtomobil satışı sahəsində 2 il təcrübə
Azərbaycan dilində səlis danışıq; rus və ingilis dillərini bilmək üstünlükdür;
Yüksək ünsiyyət və təqdimat bacarığı;
Müştəri ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul təklif etmək bacarığı;
MS Office proqramlarından istifadə bacarığı;
Avtomobil modelləri, texniki göstəricilər və avtomobil bazarı haqqında məlumatlı olmaq üstünlükdür;
B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv avtomobil idarəetmə bacarığı arzuolunandır.
Şəxsi keyfiyyətlər
Müştəriyönümlülük və nəzakətli ünsiyyət;
Məsuliyyətlilik və intizam;
Aktiv dinləmə və inandırma bacarığı;
Komanda ilə işləmək bacarığı;
Stressə davamlılıq və operativ qərarvermə;
Nəticəyönümlülük və satış hədəflərinə fokuslanmaq;
Təşəbbüskarlıq və öyrənməyə açıqlıq;
Dəqiqlik və detallara diqqət.
Vəzifə öhdəlikləri
Potensial müştəriləri qarşılamaq, onların ehtiyac və gözləntilərini müəyyənləşdirmək;
Şirkətin təqdim etdiyi avtomobil modelləri, komplektasiyalar, texniki xüsusiyyətlər və satış şərtləri barədə müştərilərə ətraflı məlumat vermək;
Müştərilərə ehtiyaclarına və büdcələrinə uyğun avtomobil seçimində dəstək göstərmək;
Avtomobillərin üstünlüklərini təqdim etmək və test-sürüşlərinin təşkilində iştirak etmək;
Satış prosesi çərçivəsində müştərilərlə danışıqlar aparmaq, qiymət və təklifləri təqdim etmək;
Daxili kredit və lizinq daxil olmaqla mövcud maliyyələşmə imkanları barədə müştəriləri məlumatlandırmaq;
Satış müraciətlərini və müştəri məlumatlarını müvafiq sistemlərdə düzgün və vaxtında qeydiyyata almaq;
Müştərilərlə mütəmadi əlaqə saxlamaq, müraciətləri izləmək və satış prosesinin tamamlanmasını təmin etmək;
Satış planlarının və müəyyən edilmiş fərdi hədəflərin yerinə yetirilməsi istiqamətində çalışmaq;
Satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
Avtomobillərin təhvil verilməsi prosesində aidiyyəti şöbələrlə koordinasiyanı həyata keçirmək;
Müştəri məmnuniyyətinin təmin edilməsi və şirkətin xidmət standartlarının qorunmasına riayət etmək;
Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
İş şəraiti
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Korporativ təlim və inkişaf imkanları;
Stabil və dinamik iş mühiti.
Vəzifə ilə maraqlanan namizədlər öz tərcümeyi-hallarını (CV) mövzu hissəsində “Satış üzrə məsləhətçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron elektron poçt ünvanına göndərə bilərlər
Son müraciət tarixi: 23.12.2026
Хабарландырудың дереккөзі
Түпнұсқа хабарландыруды ашу© Group Motors jobsearch.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.
ЖАРНАМА









