Serum hər növ dəri üçün nəzərdə tutulub, həssas dəri istisna olmaqla. Onun təsiri tonal balansın düzəldilməsi, cavanlaşma, yorğunluğun və mat rəngin aradan qaldırılması, dəri elastikliyinin artırılması, həmçinin piqmentasiya, akne izləri və genişlənmiş gözenəklərə qarşı yönəlib. Serum dərini qidalandırır, vitaminlərlə zənginləşdirir, dəri mikrobiomunu bərpa edir, incə qırışların azalmasına kömək edir. Bu məhsulun tərkibində 10% askorbin turşusu, 0,5% ferulik turşusu və prebiotiklər var. Brightening & Lightening Vitamin C Serum 10% Ascorbic acid & Ferulic Acid 0,5% Parlaqlaşdırıcı və cavanlaşdırıcı serum 10% askorbin turşusu və 0,5% ferulik turşusu ilə. Vitamin C ən mühüm antioksidantlardan biridir, geniş təsir spektrinə malikdir: kollagen sintezini stimullaşdırır, deməli o, yetkin sonmuş dəriyə uyğundur; iltihab əleyhinə təsir göstərir - akne zamanı istifadə edilə bilər. Aydınlaşdırıcı təsiri ilə fərqlənir, çünki melanin istehsalını bloklayır - Vitamin C ilə kosmetik vasitələri həm postakne düzəldilməsi üçün, həm də mövcud piqment ləkələrinin aradan qaldırılması və yenilərinin yaranmasının qarşısının alınması üçün tövsiyə olunur. Vitamin C yaşlanma prosesini yavaşlatmaq, dərinin müdafiə xüsusiyyətlərini yaxşılaşdırmaq üçün işləyir. Ferulik turşusu UV-şüalarının dəriyə zərərini və hiperpiqmentasiyanı qarşılamaq üçün istifadə olunur. O, foto yaşlanma prosesini yavaşladır, incə qırışların və iltihabların yaranmasını azaldır, Vitamin C ilə tandemdə mükəmməl işləyir.
© birmarket.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.