Prayk

Sistem administratoru

Келісімді
Тексерілді1 апта бұрын
Қала
Bakı
Санат
Басқа
Күні
Қаралым
6
Нөмір
№3559723

Сипаттама

Namizədə verilən tələblər: Sistem inzibatçılığı sahəsində minimum 3 il praktiki iş təcrübəsi; Windows Server, Active Directory, Group Policy, DNS, DHCP və fayl xidmətlərinin gündəlik idarə olunması üzrə təcrübə; Microsoft 365 və Exchange Online xidmətlərinin inzibatçılığı, istifadəçi, lisenziya və qrup idarəetməsi üzrə praktiki bacarıqlar; Microsoft Entra ID-də istifadəçi, qrup, cihaz, MFA, autentifikasiya metodları və inzibati rolların idarə olunması üzrə təcrübə; Conditional Access nəticələrinin, sign-in loglarının və identifikasiya problemlərinin təhlili bacarığı; Entra Connect və ya Cloud Sync vasitəsilə lokal Active Directory ilə Entra ID sinxronizasiyası üzrə praktiki biliklər; Microsoft Intune-da cihaz qeydiyyatı, compliance və configuration siyasətləri, tətbiq təyinatları və cihaz əməliyyatlarının idarə olunması üzrə təcrübə; Windows Autopilot, Company Portal, Entra joined və Hybrid Entra joined cihazlarla iş bacarığı; VMware vSphere, Hyper-V, fiziki serverlər, storage və backup sistemlərinin gündəlik inzibatçılığı üzrə təcrübə; TCP/IP, VLAN, routing, VPN və firewall prinsipləri üzrə praktiki şəbəkə bilikləri; PowerShell vasitəsilə inzibati əməliyyatların, hesabatların və sadə avtomatlaşdırma işlərinin icrası təcrübəsi; On-premises, Microsoft 365 və hibrid (hybrid) mühitdə yaranan texniki problemlərin müstəqil şəkildə araşdırılması və həlli bacarığı; Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı, texniki ingilis dilində sənədlərlə işləmək qabiliyyəti; Problemləri analiz etmə və operativ həll tapmaq bacarığı; Komanda ilə işləmək və işə məsuliyyətli yanaşmaq. Üstünlük hesab edilən bacarıqlar: Exchange Server və Exchange Hybrid infrastrukturu ilə iş təcrübəsi; Intune Endpoint Security və Microsoft Defender for Endpoint üzrə biliklər; Microsoft Graph və PowerShell vasitəsilə avtomatlaşdırma təcrübəsi; Azure virtual maşınları, şəbəkə və monitorinq xidmətləri üzrə ilkin praktiki biliklər. İş qrafiki: 5 günlük iş rejimi. Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Müraciət: https://busy.az/vacancy/195994/sistem-administratoru