Prayk

Smeta mühəndisi

2 000 ₼
Тексерілді1 ай бұрын
Қала
Bakı
Күні
Қаралым
2
Нөмір
№2540852

Сипаттама

Luxstroy Construction həyata keçirdiyi tikinti layihələri üzrə təcrübəli və məsuliyyətli Smeta mühəndisi axtarır. İş qrafiki Bazar ertəsi–Cümə: 10:00–18:00 Şənbə: 10:00–14:00 Bazar günü: istirahət günü Şirkət: Luxstroy Construction Məşğulluq növü: Tam ştat Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək Müraciət qaydası Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə "" elektron poçt ünvanına və ya elanda qeyd edilən nömrəyə göndərə bilərlər. Tikinti-quraşdırma və təmir işləri üzrə smeta hazırlamaq bacarığı; Forma №2, Forma №3 və xərc analizlərinin hazırlanması üzrə təcrübə; Tikinti norma və qaydaları, layihə-smeta sənədlərinin hazırlanma prinsipləri barədə bilik; Memarlıq, konstruktiv və mühəndis layihələrini oxumaq bacarığı; Microsoft Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək; AutoCAD proqramında işləmək bacarığı; MS Project və 1C proqramlarını bilmək üstünlükdür; Analitik düşünmə və dəqiq hesablama bacarığı; Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq; Komandada işləmək və müəyyən olunmuş vaxt çərçivəsində tapşırıqları yerinə yetirmək bacarığı Memarlıq, konstruktiv və mühəndis layihələri əsasında smetaların hazırlanması; Layihələr üzrə iş həcmlərinin hesablanması və material sərfiyyatının müəyyən edilməsi; Layihəyə dair aylıq texniki hesabatların, Forma №2, Forma №3 və xərc analizlərinin hazırlanması; Podratçı və subpodratçılar tərəfindən təqdim edilən smeta və görülmüş iş hesabatlarının yoxlanılması; Tikinti sahələrindən daxil olan texniki hesabatların təhlil edilməsi; Tikinti-quraşdırma və təmir işləri üzrə qiymət təkliflərinin hazırlanması və təhlili; Razılaşdırılmış qiymətlər əsasında yekun smeta sənədlərinin tərtib edilməsi; Layihə, spesifikasiya, iş həcmləri və smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyən olunması; Layihədə nəzərdə tutulmayan əlavə işlərin və dəyişikliklərin hesablanması; Material, avadanlıq və görüləcək işlər üzrə bazar qiymətlərinin araşdırılması; Layihə xərclərinin planlaşdırılması və büdcəyə uyğunluğunun yoxlanılması; Smeta sənədlərinin tikinti norma və qaydalarına uyğun hazırlanmasının təmin edilməsi; Rəhbərlik tərəfindən tələb olunan hesabatların vaxtında hazırlanaraq təqdim olunması. Əmək haqqı: 1000-2000 AZN
ЖАРНАМА