
Bakı8
SMM mütəxəssisi
SMM mütəxəssisi
600 ₼
Тексерілді1 апта бұрын
ҚалаBakı
Күні
Қаралым8
Нөмір№3656229
Сипаттама
QRLog Azərbaycan şirkətləri üçün hazırlanmış işçi davamiyyəti və tabel idarəetmə sistemidir. Məhsulumuz real şirkətlər və filiallar tərəfindən gündəlik istifadə olunur. Hazırda brendimizin sosial mediada inkişafına dəstək olacaq SMM Mütəxəssisi axtarırıq.
İş Şəraiti
- İş formatı: Ofisdə, full-time
- İş yeri: Bakı
- Əmək haqqı: 600–800 AZN
- Stabil və inkişaf edən texnoloji məhsul üzərində işləmək imkanı
Tələblər:
- SMM sahəsində minimum 1 il praktiki təcrübə;
- Instagram, Facebook və LinkedIn platformaları ilə işləmə bacarığı;
- Kontent planlama və kreativ düşünmə bacarığı;
- Azərbaycan dilində düzgün və səlis yazı qabiliyyəti;
- Canva, CapCut və ya oxşar alətlərlə işləmə bacarığı üstünlükdür;
- Portfolio və idarə etdiyi səhifələri təqdim edə bilməsi arzuolunandır;
- B2B marketinq haqqında anlayış üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Instagram, Facebook və LinkedIn səhifələrinin idarə olunması;
- Aylıq və həftəlik kontent planının hazırlanması;
- Post, Reels, Story və digər sosial media kontentlərinin hazırlanması və paylaşılması;
- Mətnlərin yazılması və vizual ideyaların formalaşdırılması;
- Real müştəri hekayələri və məhsulun üstünlükləri əsasında kontent hazırlanması;
- B2B auditoriyaya uyğun kommunikasiya qurulması;
- Sosial media göstəricilərinin izlənilməsi və nəticələrin təhlili;
- Reklam kampaniyaları üçün kontent və kreativ ideyaların hazırlanması.
Maaş: 600-800 AZN
Yaş: 18-65
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Хабарландырудың дереккөзі
Түпнұсқа хабарландыруды ашу© QRLog boss.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.
ЖАРНАМА











