“ANQARD” MMC komandası SMM mütəxəssisi axtarır!
Sosial media platformalarının idarə olunması, kreativ strategiyaların hazırlanması, auditoriya ilə effektiv ünsiyyət və rəqəmsal marketinq sahəsində təcrübən varsa, səni komandamızda görmək istəyirik!
Vəzifə öhdəlikləri:
Instagram, TikTok və digər sosial media platformalarının idarə olunması;
Paylaşımlar, Reels və digər rəqəmsal kontentlərin planlaşdırılması və təşkili;
Məhsul və layihələrin sosial mediada effektiv təqdim olunması;
Sosial media trendlərinin izlənilməsi və brendə uyğun tətbiqi;
Reklam kampaniyalarının hazırlanması, idarə olunması və nəticələrinin təhlili;
Auditoriya ilə qarşılıqlı əlaqənin qurulması, gələn mesajların və şərhlərin izlənilməsi;
Brendin sosial mediada tanınmasının artırılması.
Namizədə tələblər:
SMM, rəqəmsal marketinq, kommunikasiya və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
Instagram, TikTok və digər sosial media platformalarının idarə olunması üzrə bilik və təcrübə;
Sosial media strategiyası və kontent planı hazırlamaq bacarığı;
Telefon və ya kamera ilə keyfiyyətli foto-video çəkiliş bacarığı;
Meta Business Suite və reklam alətləri ilə işləmək bacarığı;
Reklam kampaniyalarının idarə olunması və nəticələrinin təhlili üzrə biliklər;
Canva, CapCut, Premiere Pro və digər dizayn/video montaj proqramlarından istifadə bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Kreativ düşüncə, təşəbbüskarlıq və məsuliyyətlilik;
Portfolio və əvvəlki iş nümunələrinin təqdim edilməsi.
İş şəraiti
İş yeri: Mehdiabad qəsəbəsi — fabrikin daxilində yerləşən ofis
İş saatları: 6 gün 09:00–18:00
Nahar şirkət tərəfindən təmin olunur
Əmək haqqı: 700 - 800 AZN (+ bonus)
CV-nizi və portfolio nümunələrinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərsiniz.
Qeyd: İş yeri Mehdiabad ərazisində yerləşdiyindən, bu əraziyə yaxın yaşayan və iş yerinə müntəzəm gediş-gəliş imkanı olan namizədlərə üstünlük verilir.
Maaş: 700 AZN
Son müraciət tarixi: 24.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/anqard-smm-mutexessisi-156790