Sürücülük təlimçisi tələb olunur
Yeni fəaliyyətə başlayacaq sürücülük təlimi xidmətimiz üçün məsuliyyətli və səbirli sürücülük təlimçiləri axtarırıq.
İş şəraiti:
Təlim avtomobili şirkət tərəfindən təmin olunur;
Müştərilər şirkət tərəfindən təmin olunur;
Şəxsi avtomobil tələb edilmir;
İş qrafiki əvvəlcədən razılaşdırılmış uyğun saatlara və dərslərin sayına əsasən qurulur;
Ödəniş keçirilmiş dərslərin sayına əsasən hesablanır;
Elan bölməsində göstərilən 500–1000 AZN aylıq qazanc aralığı təxminidir və keçirilən dərslərin sayından asılı olaraq dəyişir;
Sabit aylıq maaş modeli nəzərdə tutulmur.
Tələblər:
Etibarlı sürücülük vəsiqəsi;
Minimum 5 il aktiv sürücülük təcrübəsi arzuolunandır;
Yol hərəkəti qaydalarını yaxşı bilmək;
Sakit, səbirli və məsuliyyətli olmaq;
İnsanlarla düzgün ünsiyyət qurmaq və öyrətmə bacarığı;
Punktual olmaq və təyin edilmiş dərs saatlarına riayət etmək;
Sürücülük təlimçisi kimi əvvəlki təcrübə üstünlükdür, lakin məcburi deyil.
Vəzifə öhdəlikləri:
Müştərilərə praktiki avtomobil idarəetməsini öyrətmək;
Şəhər daxilində təhlükəsiz sürmə, parklanma, manevr və digər praktiki bacarıqları öyrətmək;
Yeni başlayan şəxslərlə səbirli və aydın şəkildə işləmək;
Təyin olunmuş dərslərə vaxtında gəlmək;
Təlim zamanı yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
Əvvəlcədən hazırlanmış dərs qrafikinə uyğun işləmək.
Maaş: 500-1000 AZN
Yaş: 25-55
Təhsil: Orta
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
© Sürücülük Təlimi · boss.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.