
Bakı14
Təchizat üzrə mütəxəssis
Təchizat üzrə mütəxəssis
Келісімді
Тексерілді4 күн бұрын
Сипаттама
Namizədə aid tələblər:
Ali təhsil;
Azərbaycan,Rus və İngilis dillərini bilməsi;
Microsoft Office proqramlarını bilməsi;
Təchizat, satınalma və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
Təchizat və satınalma prosesləri üzrə praktiki biliklər;
Tikinti sahəsində təchizat və satınalma üzrə iş təcrübəsi;
Danışıqlar aparmaq və təchizatçı münasibətlərini idarə etmək bacarığı;
Analitik düşüncə və məsuliyyətlilik.
Əsas vəzifə və öhdəliklər:
Tikinti layihələri üzrə təchizat proseslərinin təşkil və idarə edilməsi;
Tikinti materialları, avadanlıq və digər zəruri məhsullar üzrə təchizatın təmin edilməsi;
Yerli və xarici təchizatçıların araşdırılması və yeni təchizatçıların cəlb edilməsi;
Qiymət və kommersiya təkliflərinin toplanması və müqayisə edilməsi;
Təchizatçılarla danışıqların aparılması;
Materialların layihə və texniki tələblərə uyğunluğuna nəzarət edilməsi;
Sifarişlərin verilməsi və çatdırılma prosesinin izlənilməsi;
Müqavilə və satınalma sənədlərinin hazırlanması və nəzarətdə saxlanılması;
Təchizat üzrə bazar araşdırmalarının aparılması.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Sınaq müddəti- 3 ay;
İş saatı 9:00-18:00-dək; 5 günlük iş rejimi;
Əmək haqqı müsahibədə təcrübəyə əsasən təyin olunur
Uyğun namizədlərdən CV-lərini başlıq hissəsinə “Təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd edək ki, CV-lərə mərhələli şəkildə baxılır və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197203/techizat-uzre-mutexessis
Ұқсас хабарландырулар














