İşin təsviri:
"EduVia Ailə Rifahı və Uşaq İnkişafı Tədqiqatı" layihəsi çərçivəsində sahədə (Lənkəranda) valideynlər və uşaqlarla (7–14 yaş) birbaşa görüşərək rəqəmsal platformalar vasitəsilə sorğuların keçirilməsi və məlumatların toplanması.
Əsas öhdəliklər:
Müəyyən olunmuş icmalarda hədəf ailələri ziyarət etmək;
Planşet və ya mobil cihazlar vasitəsilə sorğu formalarını tətbiq etmək və datanı rəqəmsal sistemə daxil etmək;
Sorğu gedişatında akademik etika, məxfilik və könüllü iştirak prinsiplərinə tam riayət etmək;
Görülən işlərin sayı barədə layihə koordinatoruna gündəlik hesabat vermək.
Namizədə dair tələblər:
Sosiologiya, psixologiya, sosial iş, pedaqogika və ya əlaqəli sahələrdə ali təhsil (tələbələr və yeni məzunlar müraciət edə bilər);
İnsanlarla, xüsusilə valideyn və uşaqlarla pozitiv ünsiyyət qurmaq bacarığı;
Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
Xüsusi texniki tələb (Üstünlükdür): Qualtrics proqram təminatı ilə işləmək bacarığı və planşet üzərindən koqnitiv test alətlərindən istifadə təcrübəsi / mənimsəmə qabiliyyəti
Təklif olunur:
Müqavilə müddəti: 12 ay
Ödəniş keçirilən sorğu sayına görə hesablanır
Maraqlanan namizədlər CV, motivasiya məktubu və müvafiq diplom/lisenziyaların surətlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “Tədqiqat üzrə köməkçi-Lənkəran” qeyd olunmalıdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/209076/tedqiqat-uzre-komekci-lenkeran
ЖАРНАМА
Біз cookie файлдарын пайдаланамыз Аналитика — тек сіздің келісіміңізбен; қажетті cookie әрқашан қосулы.Құпиялық саясаты