
49
Təminat şöbəsinin müdir müavini
Təminat şöbəsinin müdir müavini
Келісімді
Тексерілді1 апта бұрын
Күні
Қаралым49
Нөмір№5677473
Сипаттама
Vəzifə öhdəlikləri
Şöbə müdirinin tapşırığına əsasən şöbənin fəaliyyətini əlaqələndirir və ona rəhbərlik edir, şöbəni təmsil edir, şöbə adından sənədləri imzalayır və razılaşdırılması üçün daxil olan sənədlərə viza verir;
Şöbənin fəaliyyət istiqamətləri üzrə qəbul edilmiş aktların icrasını təşkil edir və buna nəzarət edir;
Şöbənin fəaliyyət istiqamətləri üzrə malların (işlərin və xidmətlərin) satın alınmasına dair tələbatın müəyyənləşdirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak edir;
Satınalma məqsədilə bazar araşdırmasının aparılmasını, potensial təchizatçılardan qiymət təkliflərinin əldə edilməsini və təhlilini təşkil edir;
Satınalma predmetinin texniki xüsusiyyətlərinin və digər tələblərinin müəyyənləşdirilməsi, habelə satınalma prosedurları üçün zəruri sənədlərin hazırlanması məqsədilə müvafiq struktur bölmələrlə əməkdaşlıq edir;
Satınalma müqavilələrinin icrasına, malların (işlərin və xidmətlərin) müqavilə şərtlərinə uyğun təhvil alınmasına və müvafiq sənədləşməyə nəzarət edir;
Satın alınan mal və xidmətlərin qanunvericiliyin və daxili qaydaların tələblərinə uyğun olaraq təhvili və təslimi prosesinin icrasına nəzarət edir, sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
Şöbənin fəaliyyət istiqamətləri üzrə hesabatların, arayışların və digər məlumatların hazırlanmasını təmin edir;
Şöbənin vəzifələrinin icrası ilə bağlı qayda və təlimatların hazırlanmasında, habelə onlara dəyişikliklərin edilməsində iştirak edir;
Səlahiyyətlərinə aid məsələlərlə bağlı tədbirlərdə iştirak edir, rəhbərliyin və şöbə müdirinin tapşırığına əsasən hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
Şöbə müdirinin müvəqqəti olmadığı və ya vəzifələrini icra edə bilmədiyi hallarda, Şöbənin Əsasnaməsinə uyğun olaraq onun vəzifələrini həyata keçirir;
Tələblər
“İqtisadiyyat və idarəetmə ixtisasları qrupu”na daxil olan istiqamətlər üzrə ali təhsil;
Təchizat və dövlət satınalmaları sahəsində azı 5 il iş təcrübəsi, rəhbər vəzifədə isə azı 3 il iş təcrübəsi;
Dövlət satınalmaları sahəsini tənzimləyən qanunvericilik aktları (qanunlar, fərmanlar, qərarlar, qaydalar və digər normativ hüquqi aktlar) üzrə biliklərə malik olmaq;
Yaş həddinin 30–45 aralığında olması;
Təchizat zəncirinin idarə olunması sahəsində bilik və bacarıqlara malik olmaq;
Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmaq;
Azərbaycan dilini sərbəst bilmək, ingilis dilini və rus dilini bilmək arzuolunandır;
Fikirlərini düzgün ifadə etmək və savadlı yazı qabiliyyətinə malik olmaq;
Müvafiq hesabatlarla (texniki hesabatlar, material hesabatları və aktlar) işləmək bacarığına malik olmaq;
MS Office proqramları üzrə yüksək səviyyədə biliklərə malik olmaq;
Kataloqlardan, internetdən və digər informasiya mənbələrindən istifadə etmək bacarığına malik olmaq.
İş şəraiti:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsinin müdir müavini) qeyd edin.
Son müraciət tarixi: 06.12.2026
Хабарландырудың дереккөзі
Түпнұсқа хабарландыруды ашу© Azerbaijan Energy Regulatory Agency jobsearch.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.
ЖАРНАМА











