Ağ gil kosmetologiyada müxtəlif maskaların hazırlanmasında təmizləyici və ağardıcı xüsusiyyətlərinə görə geniş şəkildə istifadə olunur. Əsasən, ağ gil hessas dəri üçün istifadə edilir. O, antiseptik xüsusiyyətlərə malikdir, mikrobların yayılmasının qarşısını alır, şlakları və ölü hüceyrələri bağlayaraq epidermisi təmizləyir, sızanaqları aradan qaldırır. Bundan əlavə, ağ gil dərini mineral maddələrlə təmin edir, maddələr mübadiləsini və dərinin bərpasını stimullaşdırır. Dərinin qoruyucu xüsusiyyətlərini gücləndirərək onu ətraf mühitin zərərli amillərinin təsirindən qoruyur.