Prayk
3D Dizayner — Dizayn
1 500 ₼

3D Dizayner

Текшерилди1 апта мурун
Категория
Дизайн
Күнү
Көрүүлөр
5
Номери
№3520019

Сүрөттөмө

Komandamıza 3D skanlama, rəqəmsal heykəltəraşlıq və modelin 3D çap üçün hazırlanması mərhələlərini tam icra edə biləcək təcrübəli 3D Dizayner axtarırıq. Namizəd mövcud obyektlərin rəqəmsallaşdırılması, detallandırılması və fiziki istehsala hazır vəziyyətə gətirilməsindən cavabdeh olacaqdır. Əsas Öhdəliklər: Agisoft Metashape vasitəsilə 2D fotoşəkillərdən və skan məlumatlarından dəqiq 3D modellər və nöqtə buludları (Point Cloud) hazırlamaq. ZBrush proqramında skan olunmuş modelləri təmizləmək, yenidən formalaşdırmaq və mürəkkəb 3D detallandırma işləri aparmaq. Materialise Magics proqramı ilə 3D modellərin struktur xətalarını təmir etmək, dayaqlar (support) əlavə etmək və sənaye 3D printerləri üçün çapa hazırlamaq. Modellərin ölçü dəqiqliyini və texniki tələblərə uyğunluğunu yoxlamaq. Namizədə Olan Tələblər: Agisoft Metashape, ZBrush və Materialise Magics proqramlarında sərbəst işləmək bacarığı (mütləqdir). Fotoqrammetriya və 3D skanlama texnologiyaları haqqında anlayış. 3D çap texnologiyaları (SLA, SLS, FDM və s.) və materiallar haqqında biliklər. Yüksək diqqətlilik, dəqiqlik və texniki təfəkkür. Portfolio: Əvvəllər icra olunmuş 3D skan, heykəltəraşlıq və çapa hazırlıq işlərini əks etdirən nümayiş materialları. Təklif edirik: Əmək haqqı: 1500 AZN Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “3 D dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Maaş: 1500 AZN Son müraciət tarixi: 30.10.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-3d-dizayner-152669

Окшош жарнактар

Videoqraf
Келишим боюнча

Videoqraf


07.10.2026