Prayk
CAD Designer / Draftsman – Təcrübəçi — Dizayn
500 ₼

CAD Designer / Draftsman – Təcrübəçi

Анализделди3 күн мурун
Категория
Дизайн
Күнү
Көрүүлөр
29
Номери
№4103532

Сүрөттөмө

Ümumi vəzifə öhdəlikləri: AutoCAD proqramında 2D texniki çertyojların hazırlanmasına dəstək vermək; Mövcud detalların ölçülərinin götürülməsi və çertyojda əks etdirilməsi; Sadə 3D modellərin hazırlanmasına dəstək olmaq; İstehsalat üçün texniki çertyoj və sənədlərin hazırlanmasında iştirak etmək; Reverse Engineering layihələrində iştirak etmək; Çertyojların ölçü, material və texniki tələblərə uyğun hazırlanmasına dəstək vermək; Çertyojların düzgün şəkildə kodlaşdırılması və arxivləşdirilməsində iştirak etmək; Production Engineer və istehsalat komandası ilə koordinasiyalı işləmək. Namizədə qarşı tələblər: Universiteti yeni bitirmiş və ya son kurs tələbəsi; Mexanika, maşınqayırma, mühəndislik və ya əlaqəli ixtisas üzrə təhsil; AutoCAD proqramı üzrə baza bilikləri; MS Office proqramlarından (Excel, Word, PowerPoint) istifadə bacarığı; Texniki çertyojları oxumaq və anlamaq bacarığı üstünlükdür; SolidWorks, Inventor və ya digər CAD proqramları üzrə bilik üstünlükdür; Öyrənməyə həvəsli, məsuliyyətli və inkişaf yönümlü şəxs; Komanda işi və əməkdaşlıq bacarığı; Diqqətli və detallara önəm verən yanaşma. Təklif edilən şərtlər: İş rejimi: 5 günlük İş vaxtı: 09:00 – 18:00 Nahar vaxtı: 13:00 – 14:00 İstirahət günləri: şənbə, bazar Əmək haqqı: 500 AZN Təcrübə müddəti: 3–6 ay (performansa əsasən dəyərləndirilir) Əlavə faydalar: Rəsmi əmək müqaviləsi Peşəkar təlim və mentor dəstəyi Real istehsalat layihələrində iştirak imkanı Uğurlu performans əsasında daimi iş imkanı Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 500 AZN Son müraciət tarixi: 07.11.2026

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© İMEC Mühəndislik jobsearch.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

Окшош жарнактар

Videoqraf
Келишим боюнча

Videoqraf


07.10.2026