Restoran və catering sahəsində fəaliyyət göstərən şirkətimizin genişlənməsi ilə əlaqədar mühasibatlıq komandamıza Aparıcı Mühasib axtarırıq.
Axtardığımız namizəd mühasibat uçotunun əsas istiqamətlərini müstəqil idarə edə bilən, analitik düşüncəli, məsuliyyətli və proseslərin təkmilləşdirilməsində təşəbbüskar olmalıdır.
Əsas vəzifələr:
Kassa, bank, satış, alış, debitor və kreditor əməliyyatlarının uçotu və nəzarəti;
Anbar, mal-material, istehsal və restoran əməliyyatlarının uçotunun koordinasiyası;
Təchizatçılarla hesablaşmaların və üzləşdirmələrin aparılması;
Əməkhaqqı və digər ödənişlərin düzgün hesablanmasına nəzarət;
Vergi, DSMF və digər hesabatların hazırlanması və təqdim edilməsi;
Əsas vəsaitlərin amortizasiyasının qanunvericiliyə uyğun hesablanması və uçotunun aparılması;
Aylıq və illik maliyyə hesabatlarının hazırlanması və təhlili;
Mühasibat sənədlərinin qanunvericiliyə uyğunluğunun yoxlanılması;
Maliyyə risklərinin müəyyən edilməsi və uçot proseslərinin təkmilləşdirilməsi;
Mühasibatlıq komandası ilə işin koordinasiyası.
Namizədə tələblər:
Mühasibatlıq sahəsində minimum 5 il, aparıcı mühasib vəzifəsində 2–3 il təcrübə;
Müvafiq sahə üzrə ali təhsil;
Vergi və əmək qanunvericiliyi üzrə bilik;
Mühasibat uçotunun əsas istiqamətlərini müstəqil idarə etmək bacarığı;
Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə təcrübə;
MS Excel üzrə yaxşı bilik, IIKO proqramında işləmək bacarığı arzuolunandır;
Analitik düşüncə, məsuliyyət, dəqiqlik və təşəbbüskarlıq.
İş şəraiti:
İş yeri: Xətai rayonu, 8 Noyabr prospekti 23
İş rejimi: Tam iş günü
Əmək haqqı: 1500 - 2000 Azn (Müsahibə əsasında, namizədin təcrübə və biliklərinə uyğun müəyyən edilir)
Bu vəzifə gələcəkdə Baş mühasib rolunu üzərinə götürmək və mühasibatlıq sisteminin inkişafında iştirak etmək üçün perspektiv imkan yaradır.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Aparıcı Mühasib” qeyd etməklə göndərə bilərsiniz.
Maaş: 1500 AZN
Son müraciət tarixi: 27.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/concept-consulting-and-management-aparici-muhasib-157157
РЕКЛАМА
Биз cookie файлдарын колдонобуз Аналитика — сиздин макулдугуңуз менен гана; зарыл cookie'лер дайыма күйүк.Купуялык саясаты