Prayk
Baş Mühasib — Maliyyə
1 500 ₼

Baş Mühasib

ТекшерилдиБүгүн
Категория
Каржы
Күнү
Көрүүлөр
20
Номери
№6069469

Сүрөттөмө

Konsaltinq şirkəti komandasına təcrübəli Baş Mühasib dəvət edir! Əsas vəzifə öhdəlikləri: Şirkətin və müştəri şirkətlərin mühasibat və vergi uçotunun təşkili, aparılması və nəzarətdə saxlanılması. Mühasibat proseslərinə rəhbərlik edilməsi və onların effektiv idarə olunmasının təmin edilməsi. Təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinə nəzarət. Vergi, maliyyə və statistik hesabatların hazırlanması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməsi. Vergilərin, əməkhaqqının və məcburi sosial sığorta ödənişlərinin düzgün hesablanmasına nəzarət. Bank əməliyyatlarının, ödənişlərin və qarşılıqlı hesablaşmaların yoxlanılması. Debitor və kreditor borclarına nəzarət. Vergi orqanları, banklar və digər dövlət qurumları ilə əməkdaşlıq. Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi. Mühasibat proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması. Namizədə tələblər: Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil. Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi. Azərbaycan Respublikasının vergi qanunvericiliyini yüksək səviyyədə bilmək. Mühasibat və vergi uçotunun aparılması üzrə praktiki təcrübə. Vergi və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə təcrübə. 1C və MS Excel proqramlarında sərbəst işləmək bacarığı. E-taxes, ƏMAS və digər müvafiq elektron dövlət sistemləri ilə işləmək bacarığı. Yüksək məsuliyyət, diqqətlilik və analitik düşünmə qabiliyyəti. İş proseslərini müstəqil təşkil etmək və idarə etmək bacarığı. İş şəraiti: Əməkhaqqı: 1 500–2 000 AZN (təcrübə və bilik səviyyəsindən asılı olaraq). İş yeri: Bayıl, Bakı. İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00. Peşəkar konsaltinq şirkətində stabil iş mühiti. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində Baş Mühasib qeyd etməyiniz xahiş olunur. Maaş: 1500 AZN Son müraciət tarixi: 17.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-bas-muhasib-156277
РЕКЛАМА