
9
Aparıcı Mühasibatlıq və Maliyyə Analitiki

3 000 ₼
Aparıcı Mühasibatlıq və Maliyyə Analitiki
ТекшерилдиБүгүн
Күнү
Көрүүлөр9
Номери№6109348
Сүрөттөмө
Vəzifə Təsviri
Maliyyə Analitiki olaraq, siz aşağıda qeyd olunan vəzifə və məsuliyyətlər çərçivəsində fəaliyyət göstərəcəksiniz:
Şirkətin illik büdcəsinin hazırlanması, struktur rəhbərləri ilə koordinasiyada büdcə proqnozlarını toplamaq.
IT layihələr üzrə gəlir və xərclərin hesablanması (CAPEX və OPEX planlaşdırılması), müqayisəli maliyyə analizlərinin aparılması
CAPEX və OPEX üzrə planlaşdırılan və faktiki xərclərə nəzarət etmək, qənaət imkanlarını müəyyənləşdirmək.
Layihə büdcələrinin hazırlanması, icrasına nəzarət və maliyyə axınlarının təhlili
Maliyyə məlumatlarının toplanması, emalı və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
Pul vəsaitlərinin hərəkətinə nəzarət və maliyyə proqnozlarının hazırlanması
Maliyyə, əməliyyat və layihə risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması
Maliyyə risklərin azaldılması üzrə tədbirlərin hazırlanması və icrasına nəzarət
Daxili və xarici stakeholderlərə (maraqlı tərəflərlə) effektiv əməkdaşlığın təmin edilməsi
Maliyyə hesabatlarında yaranan uyğunsuzluqların araşdırılması və müvafiq həll yollarının təklif edilməsi
Mühasibatlıq və hesabatlılıq prinsiplərinə uyğun olaraq aylıq və illik maliyyə hesabatlarının hazırlanması.
Verilmiş tapşırıqların vaxtında və dəqiq icrasının təmin edilməsi
Tələblər:
Maliyyə və ya Mühasibat uçotu üzrə ali təhsil.
Minimum 4 il mühasibatlıq və ya maliyyə sahəsində iş təcrübəsi.
Excel-də yüksək səviyyəli biliklər.
Güclü riyazi və analitik düşünmə qabiliyyəti.
ACCA sertifikatları olanlara üstünlük verilir.
Analitik hesabatların hazırlanması və maliyyə göstəricilərinin təhlili üzrə biliklər.
Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik.
Xarici dil bilikləri: İngilis dili üzrə səlis bilik tələb olunur, rus dili biliyi üstünlük hesab edilir.
1C proqramı üzrə ilkin biliklər arzu olunandır.
Problemləri sistemli və effektiv həll etmək bacarığı.
İT layihələrlə təcrübə üstünlük hesab edilir.
Əmək haqqı: 3000 Azn +
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 3000 AZN
Son müraciət tarixi: 18.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/datazen-solutions-aparici-muhasibatliq-ve-maliyye-analitiki-156407
РЕКЛАМА












