Prayk
Avadanlıqlar üzrə texnik (Equipment Field Service Technician) — Sənaye, istehsal
Келишим боюнча

Avadanlıqlar üzrə texnik (Equipment Field Service Technician)

ТекшерилдиБүгүн
Күнү
Көрүүлөр
6
Номери
№5928437

Сүрөттөмө

İşin təsviri Krispy Kreme — 1937-ci ildən etibarən milyonlarla insanın sevimli donut brendidir. Dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən şirkət artıq Azərbaycan bazarına daxil olur. Qlobal brendin bir hissəsi olmaq və brendin uğur yolunda birgə addımlamaq istəyirsinizsə, komandamızda sizi görməkdən məmnun olarıq. Niyə Krispy Kreme? Bizim qlobal mədəniyyətimizi Leadership Mix əks etdirir — bu, dünyada bir-birimizlə necə işlədiyimizi və icmalarımıza necə dəstək verdiyimizi müəyyən edən davranış nümunələridir. Hər bir Krispy Kreme əməkdaşı öz cəsarətli və autentik kimliyi ilə qəbul olunduğunu, dəyər gördüyünü və sevildiyini hiss edəndə, özünü rahat şəkildə ifadə edə bilir, yaradıcı və bənzərsiz potensialını inkişaf etdirir. Krispy Kreme-də sevinc paylaşmaq fəaliyyətimizin mərkəzindədir və biz bunu icmalarımızda ilhamlandırmağa çalışırıq. İşəgötürən: Krispy Kreme mağazalar şəbəkəsi Namizədə aid tələblər: Orta ixtisas və ya ali texniki təhsil; Avadanlıqların texniki xidməti, təmiri və nasazlıqların aradan qaldırılması sahəsində 2–5 il iş təcrübəsi; PLC sistemləri üzrə bilik və praktiki təcrübə (Siemens PLC üzrə təcrübəyə üstünlük verilir); Elektrik və mexaniki avadanlıqların iş prinsipləri haqqında biliklər; Texniki problemləri müəyyənləşdirmək, təhlil etmək və operativ həll etmək bacarığı; Texniki sənədləri oxuma və riyazi hesablama bacarığı; Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı; Müstəqil qərarvermə və problem həll etmə qabiliyyəti; Məsuliyyətlilik, dəqiqlik və operativlik; Sürücülük vəsiqəsinin və təmiz sürücülük tarixçəsinin olması; Ölkədaxili və beynəlxalq ezamiyyətlərə hazır olmaq; Xarici səfərlər üçün tələb olunan sənədlərə və səyahət imkanına malik olmaq. Əsas vəzifə öhdəlikləri: Krispy Kreme mağazalarında istifadə olunan avadanlıqların quraşdırılmasını, texniki baxışını və təmirini həyata keçirmək; Avadanlıqların fasiləsiz və düzgün işləməsini təmin etmək; Mürəkkəb texniki nasazlıqları yerində müəyyənləşdirmək və aradan qaldırmaq; Təcili təmir müraciətlərinə operativ reaksiya vermək; Avadanlıqların profilaktik texniki xidmətini həyata keçirmək və mümkün nasazlıqların qarşısını almaq; Mağaza əməkdaşlarına avadanlıqların düzgün istismarı və texniki qulluq qaydaları barədə dəstək göstərmək; Avadanlıqlarda yaranan nasazlıqların ilkin diaqnostikasını aparmaq və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək; Avadanlıqların texniki vəziyyəti ilə bağlı müvafiq şöbələrlə və mağaza əməkdaşları ilə koordinasiyanı təmin etmək; Texniki xidmət və təmir işlərini müəyyən edilmiş prosedur və təlimatlara uyğun həyata keçirmək; Gündəlik iş fəaliyyətini müstəqil idarə etmək və yaranan texniki problemlərə operativ müdaxilə etmək; Zərurət yarandıqda ölkədaxili və beynəlxalq ezamiyyətlərdə iştirak etmək. İş şəraiti: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş rejimi: işin xüsusiyyətlərinə uyğun olaraq müəyyən edilir; Ölkədaxili və beynəlxalq ezamiyyət imkanları; Müasir iş mühiti və peşəkar kollektiv; Peşəkar inkişaf və karyera imkanları. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Avadanlıqlar üzrə texnik” qeyd edərək Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Son müraciət tarixi: 13.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/krispy-kreme-avadanliqlar-uzre-texnik-equipment-field-service-technician-156077
РЕКЛАМА