Prayk

Baş mühasib

1 500 ₼
ТекшерилдиБүгүн
Категория
Каржы
Күнү
Көрүүлөр
4
Номери
№6071017

Сүрөттөмө

Vəzifə öhdəlikləri: Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq standartlara (MHBS) uyğun təşkili və aparılması; Vergi, statistika, DSMF və digər dövlət orqanlarına təqdim olunan hesabatların vaxtında və düzgün hazırlanması; Gündəlik maliyyə və mühasibat əməliyyatlarının (bank, kassa, e-qaimə, gömrük bəyannamələri və s.) 1C proqram təminatında əks etdirilməsi; İdxal əməliyyatlarının (avtomobil və ehtiyat hissələrinin idxalı), maya dəyərinin hesablanması və anbar uçotuna nəzarət; Əməkhaqqı, məzuniyyət və ezamiyyət hesablamalarının düzgünlüyünə nəzarət; Debitor və kreditor borcların uçotunun aparılması və üzləşmə aktlarının tərtib edilməsi; Rəhbərlik üçün aylıq, rüblük və illik maliyyə hesabatlarının (mənfəət-zərər, balans, pul vəsaitlərinin hərəkəti) hazırlanması. Tələblər: Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil; Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi (avtomobil satışı, idxal-ixrac və ya ticarət sahəsində təcrübə üstünlükdür); Azərbaycan Respublikasının Vergi və Əmək Məcəllələrini mükəmməl bilmək; 1C (8.3 versiyası), BTP, e-taxes.gov.az, e-gov.az və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı; PMS (Peşəkar Mühasib Sertifikatı) olması üstünlükdür; Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və komandanı idarəetmə bacarığı. İş şəraiti: İş yeri: Baş ofis – Onvolt MMC, Ceyhun Hacıbəyli 194 İş qrafiki: 5/7 (saat 10:00–19:00), 6-cı gün qısa iş günü. Əməkhaqqı: 1500 – 2000 AZN (namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək). Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Baş mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Maaş: 1500 AZN Son müraciət tarixi: 17.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/onvolt-bas-muhasib-156292
РЕКЛАМА