Prayk
Data Keyfiyyəti üzrə Analitik (Data Quality Analyst) — İT, telekommunikasiya, Bakı
Келишим боюнча

Data Keyfiyyəti üzrə Analitik (Data Quality Analyst)

ТекшерилдиБүгүн
Шаар
Bakı
Күнү
Көрүүлөр
2
Номери
№5683911

Сүрөттөмө

İnteqrasiya edilmiş məlumatların dəqiqliyini, tamlığını, ardıcıllığını və etibarlılığını qiymətləndirmək;Məlumatların yoxlanılması üçün test ssenariləri hazırlamaq və icra etmək;Müxtəlif məlumat mənbələrindən daxil olan məlumatların keyfiyyətini qiymətləndirmək, uyğunsuzluqları müəyyənləşdirmək və araşdırmaq;Məlumat keyfiyyəti qaydalarını (Data Quality Rules) hazırlamaq, tətbiq etmək və monitorinqini aparmaq;Məlumat keyfiyyəti problemlərinin kök səbəblərini (Root Cause) araşdırmaq və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;Məlumatların təmizlənməsi, standartlaşdırılması və təkrarlanan məlumatların aşkarlanması üzrə avtomatlaşdırma həllərinin tətbiqində iştirak etmək;Məlumat axınlarını, transformasiya mərhələlərini və inteqrasiya məntiqini anlamaq və təsdiqləmək məqsədilə IT, inteqrasiya və biznes komandaları ilə əməkdaşlıq etmək;Məlumat keyfiyyəti üzrə prosesləri, qaydaları, test ssenarilərini və nəticələri sənədləşdirmək;Məlumat keyfiyyətinin ölçülməsi üçün müvafiq göstəricilərin (Data Quality Metrics) müəyyən edilməsi, monitorinqi və hesabatların hazırlanmasında iştirak etmək. Tələblər: Müvafiq sahə üzrə bakalavr təhsili;Məlumatların idarə edilməsi, məlumat analitikası və ya əlaqəli sahələr üzrə minimum 1 il iş təcrübəsi;Məlumat keyfiyyəti (Data Quality) prinsipləri və məlumatların yoxlanılması prosesləri haqqında anlayış;SQL üzrə biliklər;Python və ETL prosesləri haqqında anlayış;MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;Azərbaycan dilini yüksək səviyyədə (C2), ingilis dilini isə ən azı orta səviyyədə (B1) bilmək;Analitik və tənqidi düşünmə;Problem həll etmə bacarığı;Detallara diqqət və dəqiqlik;Effektiv ünsiyyət və əməkdaşlıq bacarığı;Qərarvermə bacarığı;Təqdimat bacarıqları;Öyrənmə və dəyişikliklərə uyğunlaşma qabiliyyəti;Komandada işləmək bacarığı. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: "Azərbaycan Hava Yolları" QSC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-data-keyfiyyeti-uzre-analitik-data-quality-analyst-13546495/apply
РЕКЛАМА