
6
Məlumatların Təhlili üzrə Mütəxəssis (Data Scientist)

Келишим боюнча
Məlumatların Təhlili üzrə Mütəxəssis (Data Scientist)
Түп нускаБүгүн
Күнү
Көрүүлөр6
Номери№5678622
Сүрөттөмө
Təsvir
Biznes problemlərinin həlli məqsədilə müxtəlif məlumat mənbələrindən məlumatların toplanması, təhlili və modelləşdirilməsini həyata keçirmək;
Məlumatlar üzərində statistik təhlil və Exploratory Data Analysis (EDA) aparmaq, əsas tendensiyaları, əlaqələri və qanunauyğunluqları müəyyən etmək;
Proqnozlaşdırıcı və təsnifat modelləri daxil olmaqla, Machine Learning modellərini hazırlamaq, öyrətmək və optimallaşdırmaq;
Modellərin qurulması üçün məlumatları hazırlamaq, təmizləmək, transformasiya etmək və yeni xüsusiyyətlər (Features) yaratmaq;
Müxtəlif modelləri və alqoritmləri qiymətləndirmək, uyğun metodologiyanı seçmək və modellərin dəqiqliyini müvafiq metrikalar əsasında ölçmək;
Hazırlanmış modellərin nəticələrini biznes məqsədləri və tələbləri baxımından təhlil etmək, nəticələri maraqlı tərəflərə aydın şəkildə təqdim etmək;
Model nəticələrini interpretasiya etmək, əsas nəticə və təsiredici faktorları müəyyənləşdirmək;
Data Science həllərinin Production mühitinə inteqrasiyası və tətbiqi prosesində Data Engineering, IT və biznes komandaları ilə əməkdaşlıq etmək;
Tətbiq edilmiş modellərin performansını və nəticələrini monitorinq etmək, modelin dəqiqliyində və məlumatlarda baş verən dəyişiklikləri müəyyənləşdirmək, zəruri hallarda modellərin yenilənməsində iştirak etmək;
Data Science layihələrinin nəticələrini, istifadə olunan metodologiyaları və modelləri sənədləşdirmək;
Yeni analitik metodları, Machine Learning alqoritmlərini və texnologiyalarını araşdırmaq, onların biznes ehtiyaclarına uyğun tətbiqində iştirak etmək.
Tələblər
Müvafiq sahə üzrə bakalavr təhsili;
Data Science, Data Analytics, Kompüter elmləri, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə minimum 2 il iş təcrübəsi;
Python proqramlaşdırma dili üzrə biliklər və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı;
SQL üzrə biliklər;
Machine Learning alqoritmləri və onların tətbiqi üzrə biliklər;
Statistik analiz və məlumatların modelləşdirilməsi üzrə biliklər;
EDA, məlumatların təmizlənməsi və transformasiyası üzrə bilik və təcrübə;
Proqnozlaşdırıcı və təsnifat modellərinin hazırlanması, qiymətləndirilməsi və optimallaşdırılması bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı;
Azərbaycan dilini yüksək səviyyədə (C2), ingilis dilini isə ən azı orta səviyyədə (B1) bilmək;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Qərarvermə, ünsiyyət və təqdimat bacarıqları;
Komandada işləmək, öyrənməyə açıq olmaq və dəyişikliklərə uyğunlaşmaq bacarığı.
İş yeri:
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.
İş şəraiti:
5 günlük
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 06.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/azerbaijan-airlines-melumatlarin-tehlili-uzre-mutexessis-data-scientist-155725
РЕКЛАМА











