Prayk

Hidroizolyasiya və drenaj işləri üzrə mühəndis

Келишим боюнча
Текшерилди1 ай мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
29
Номери
№4640280

Сүрөттөмө

Metal trade — sənaye obyektində hidroizolyasiya və drenaj işləri üzrə peşəkar şirkət və ya mühəndis komandası axtarılır - Metal boru, profil və şifer istehsalı müəssisəsinin bütün ərazisində su sızması və su yığılması problemlərini kompleks qiymətləndirəcək, texniki həll hazırlayacaq və işləri icra edəcək təcrübəli şirkət və ya mühəndis komandası axtarılır - Ünvan: Metal Trade, Bakı, Binəqədi qəsəbəsi - Əməkdaşlıq: Layihə və müqavilə əsasında - Müraciət zamanı şirkət təqdimatı və ya mütəxəssisin CV-si, oxşar layihələrin nümunələri və əlaqə məlumatları göndərilsin. Tələblər: - Sənaye obyektlərində, yeraltı konstruksiyalarda, hidroizolyasiya və drenaj işlərində təsdiqlənən təcrübə. Geotexniki və hidrogeoloji mütəxəssis cəlb etmək imkanı. - Yerində baxışdan sonra iş həcmi, texniki həll, materialların marka və növləri, icra müddəti, detallı smeta və yazılı zəmanət şərtləri təqdim edilməlidir. Vəzifə öhdəlikləri: - Yeraltı, zirzəmi tipli anbara yağışdan sonra su sızır. Anbarın bir tərəfi əvvəllər izolyasiya edilib, arxa tərəfi edilməyib - İstehsalat avadanlıqlarının yer səviyyəsindən aşağı yerləşən hissələrinə və çuxurlarına su dolur - Tərəzinin altındakı yeraltı hissədə su yığılır - Müəssisədən verilən məlumata görə, ərazi əvvəllər göl olub, sonradan müxtəlif dolğu materialları və torpaqla doldurulub. Qruntun mövcud vəziyyəti və suyun hərəkəti qiymətləndirilməlidir Görülməsi tələb olunan işlər: - Bütün zavod ərazisinə, anbara, avadanlıq çuxurlarına və tərəzinin alt hissəsinə yerində texniki baxış - Suyun daxilolma mənbələrinin və yollarının müəyyənləşdirilməsi - Zəruri geotexniki və hidrogeoloji tədqiqatların müəyyənləşdirilməsi və təşkili - Mövcud hidroizolyasiyanın yoxlanması və çatışmazlıqların aradan qaldırılması - Yağış və qrunt sularının idarə olunması üçün drenaj, səth mailliyi, su toplama və kənarlaşdırma həllərinin hazırlanması - Ehtiyac olduqda avtomatik nasos sisteminin layihələndirilməsi - Dolğu torpağın vəziyyətinə uyğun əsaslandırılmış tədbirlərin təklif edilməsi - Razılaşdırılmış layihə üzrə işlərin icrası, yoxlanması və təhvili İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© Metal Trade MMC boss.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА
WhatsApp