Prayk

İnşaat mühəndisi / Tikinti üzrə iş icraçısı

5 000 ₼
Текшерилди2 ай мурун
Шаар
Bakı
Күнү
Көрүүлөр
12
Номери
№2260639

Сүрөттөмө

Ukraynanın Xmelnitski şəhərində həyata keçirdiyimiz sanitar tullantı poliqonu layihəsində subpodratçı tərəfindən görülən metal konstruksiya və dəmir-beton işlərinə nəzarət etmək və onları yoxlamaq üçün rus dilini yaxşı bilən Tikinti üzrə İş İcraçısı və ya İnşaat Mühəndisi axtarırıq. Layihə Ukraynanın Xmelnitski şəhərində həyata keçiriləcək və xərclər şirkətimiz tərəfindən qarşılanacaq. CV ləri - MÜHƏNDİS başlığı altında [email protected] mail ünvanına göndərə bilərsiz. Tələblər: Rus dilini yaxşı bilmək və texniki məsələlərlə bağlı yerli subpodratçılarla birbaşa ünsiyyət qurmaq bacarığı. İnşaat mühəndisliyi üzrə ali təhsil və ya Tikinti üzrə İş İcraçısı kimi müvafiq iş təcrübəsi. Metal konstruksiya və dəmir-beton işləri üzrə sahə təcrübəsi, o cümlədən subpodratçıların fəaliyyətinə nəzarət və görülən işlərin yoxlanılması üzrə təcrübə. Qəlib, armatur, betonlama, ankerlərin quraşdırılması və metal konstruksiyaların montajı üzrə yaxşı texniki biliklər. Dəmir-beton və metal konstruksiya çertyojlarını oxumaq, koordinat oxlarını, hündürlük səviyyələrini və ölçüləri yoxlamaq bacarığı. Ukraynada tikinti sahəsində işləməyə hazır olmaq və bunun üçün müvafiq imkanlara malik olmaq. Vəzifə öhdəlikləri: Subpodratçının gördüyü işlərin təsdiq edilmiş çertyojlara, texniki spesifikasiyalara və iş proqramına uyğunluğunu yoxlamaq. Betonlama işlərindən əvvəl qəlibləri, armaturu və ankerləri yoxlamaq, həmçinin metal konstruksiyaların montajına və birləşmə detallarına nəzarət etmək. Natamam və ya qüsurlu işləri müəyyən etmək, bu barədə sahə rəhbərliyinə məlumat vermək və tələb olunan düzəlişlərin yerinə yetirilməsinə nəzarət etmək. Subpodratçının gündəlik iş gedişatını, işçi qüvvəsinin və texnikasının iş həcminə uyğunluğunu izləmək və sahə rəhbərliyinə hesabat vermək. Subpodratçının əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət etməsinə nəzarət etmək. Maaş: 5000 AZN Yaş: 35-45 Təhsil: Ali İş təcrübəsi: 5 ildən artıq

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© Hayat Group MMC boss.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА
WhatsApp