
39
İstilik sistemləri üzrə usta – Kombi ustası

Келишим боюнча
İstilik sistemləri üzrə usta – Kombi ustası
Текшерилди2 апта мурун
Күнү
Көрүүлөр39
Номери№5282310
Сүрөттөмө
Vəzifə öhdəlikləri:
Kombilərə mütəmadi texniki baxışın keçirilməsi;
İstilik dəyişdiricisinin, filtrlərin və digər hissələrin təmizlənməsi;
Sistem təzyiqinin və su dövranının yoxlanılması;
Avadanlıqların profilaktik təmizlənməsi və texniki qulluq işlərinin aparılması;
Kombilərdə yaranan xəta kodlarının müəyyən edilməsi və səbəblərinin araşdırılması;
Elektron plata, nasos, sensor, üçgedişli klapan və digər komponentlərin yoxlanılması;
Nasaz ehtiyat hissələrinin təmiri və ya dəyişdirilməsi;
İstilik və isti su təchizatında yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması.
Namizədə tələblər:
Kombi və istilik sistemlərinin texniki xidməti üzrə iş təcrübəsi;
Kombilərin quruluşu və iş prinsipi barədə praktiki bilik;
Elektrik və mexaniki nasazlıqları müəyyən etmək bacarığı;
Xəta kodlarının düzgün diaqnostikası;
Məsuliyyətli və operativ olmaq;
Komandada işləmək bacarığı;
Yaş həddi: 50 yaşadək
Şərtlər:
Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç.51K
Əmək haqqı: Əmək haqqı namizədin təcrübəsi, peşəkarlığı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
6 günlük iş qrafiki
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “İstilik sistemləri üzrə usta” qeyd edərək, öz CV-lərini email [email protected] və [email protected] ünvanına göndərə bilərlər;
Son müraciət tarixi: 28.11.2026
Жарнактын булагы
Түп нуска жарнакты ачуу© EuroClima MMC jobsearch.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.
Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.
РЕКЛАМА










