Prayk

Kassir

Келишим боюнча
ТекшерилдиКечээ
Категория
Сатуу
Күнү
Көрүүлөр
5
Номери
№4545817

Сүрөттөмө

Təsvir Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi; Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması; Nağdsız və Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi; Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi; Mağaza rəhbəri olmadığı müddətdə heyyətin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi; Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi; Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi; Yaranan problemlərlə bağlı müvafiq struktur rəhbərlərinin məlumatlandırılması. Tələblər: Natamam ali təhsil (Ali təhsil arzu olunandır); Kassir kimi minimum 6 ay iş təcrübəsi; Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır; Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı) Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik. İş şəraiti: İş yeri: 28 may filialı; İş günləri: Növbəli iş qrafiki; Əmək haqqı: Fix+bonus% Şirkət daxili təlimlər; Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə Müraciət et düyməsində qeyd olunan link vasitəsi ilə keçid edə bilərsən. Son müraciət tarixi: 13.11.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/olivia-beauty-care-kassir-153660
РЕКЛАМА