Prayk

Mağaza rəhbəri

1 200 ₼
Текшерилди2 апта мурун
Категория
Сатуу
Күнү
Көрүүлөр
2
Номери
№3370256

Сүрөттөмө

Biz sadəcə mağaza meneceri axtarışında deyilik... Biz bilirik ki, insanlara xidmət və rəhbərlik etmək heç də sadə iş deyil. Biz, dəbli zövqə malik, xidmət edərkən müştərilər ilə ünsiyyətdən məmnunluq alan, özündən sonra davamçılar yetişdirə biləcək və lider olacaq dəyərli əməkdaş axtarışındayıq. Axtarışın əsas səbəbi şəbəkəmizin günü gündən böyüməsi və yeni filialların açılışıdır. Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. Hansı işləri görəcəksiniz: Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi; Komandanın satış qabiliyyətinin yaxşılaşdırılması üçün onların motivasiya edilməsi; Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi; Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi; Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin təklifi və tətbiqi; Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması; Hansı super gücləriniz olmalıdır: Texniki bacarıqlar: Ali təhsil, satış sahəsində iş təcrübəsi (minimum 3 il rəhbər olaraq) və kompüter istifadəsi ( Ofis proqramları, 1C) Dil bilgiləri: Azərbaycan və rus dili sərbəst, İngilis dili üstünlük təşkil edir Komanda ruhu: Özündən sonra davamçılar yetişdirir, rəhbərlik etdiyi satış məsləhətçilərinin potensialını ortaya çıxarır Empatiya: Siz insanları hiss edir və onların ehtiyaclarını və arzularını anlayırsınız. Kreativlik: Siz standart olmayan həllər və yanaşmalar tapırsınız. Liderlik: Siz komandaya pozitiv və uğura can atmaqla enerji verirsiniz. Biz sizə nələr təklif edirik: 6 günlük növbəli qrafikdə iş rejimi; Şirkət məhsullarını endirimlə əldə etmək imkanı; Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı; Şirkət daxili təlim və inkişaf imkanları; Karyera yüksəlişi imkanı; Satış sahəsində nailiyyətlərə görə bonuslar. Fix 900 Azn və faizdən ibarət əmək haqqı (Aylıq ortalama gəlir: 1200 – 2000 Azn) Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyerə qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Mağaza rəhbəri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Maaş: 1200 AZN Son müraciət tarixi: 28.10.2026

Жарнактын булагы

Түп нуска жарнакты ачуу

© Prime Accessories Mağazalar Şəbəkəsi jobsearch.az — Бул жарнактын тексти, сүрөттөрү жана башка материалдары алардын укук ээлерине таандык.

Текст, баа жана байланыш номери булактагыдай сакталат жана автоматтык түрдө шайкештирилет. Prayk жарнакты көбүрөөк сатып алуучуларга көрсөтөт, базарды талдайт, булактын жана жарнактын ишенимдүүлүгүн текшерет, ошондой эле сүрөт талдоо аркылуу көчүрүлгөн жарнактарды токтотот. Эгер сиз автор же укук ээси болсоңуз, жарнактагы телефон номери аркылуу ага ээлик кыла аласыз же аны өчүрүүнү сурансаңыз болот.

РЕКЛАМА